Suruculer bilesuvarlilari talan edir

11:59 – xeber – Bakı-Biləsuvar marşrutu üzrə hərəkət edən avtobuslarda özbaşınalıq davam edir.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bir müddət öncə bu barədə rayon sakini, jurnalist Surxay Şahbazovun şikayətini işıqlandırmışdıq.
 
Həmin yazıda Biləsuvardan Bakıya gəlmək üçün sakinlərin 2.91 manat verdiyi, lakin geri qayıdarkən isə onlardan 5 manat tələb olunduğunu yazmışdıq.
 
S.Şahbazov redaksiyamıza növbəti dəfə müraciət edərək problemin həll edilmədiyini deyib. Onun sözlərinə görə, rayon sakinləri dəfələrlə müraciət etsə də, aidiyyəti qurumlar problemi hələ də həll etməyib:
 
“Dövlət Avtomobil Nəqliyyat Xidmətinin Feysbuk səhifəsində müraciətimizə cavab verilib. Onlar Bakıda köhnə avtovağzal ərazisində “Biləsuvar vağzalı”nın qanunsuz fəaliyyət göstərdiyini təsdiq edib. Ancaq bununla bağlı araşdırma aparılıb-aparılmayacağı barədə məlumat verilməyib.
 
Başqa bir cavab isə Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili MMC-dən göndərilib. Bu ünvandan göndərilmiş cavab isə bundan ibarətdir:
 
“… Bildiririk ki, sürücülərə Tarif Şurası tərəfindən müəyyən edilmiş gediş qiymətlərinə və sərnişinlərə davranış qaydalarına əməl etmələri barədə ciddi xəbərdarlıq edilib və gələcəkdə belə hallar baş verərsə, həmin sürücüyə qarşı qanunverciliyə uyğun tədbir görüləcəyi nəzərlərinə çadırılıb”.
 
Şikayətçinin sözlərinə görə, bu xəbərdarlıq sərnişinlərin hüquqlarını pozanlara maneə olmayıb:
 
“Bakı Beynəlxalq Avtovağzalında Biləsuvara gedən bir dənə də avtobus yoxdur. Gediş haqqı yenə əvvəlki kimidir – Biləsuvardan Bakıya 3 manat, Bakıdan Biləsuvara isə 5 manatdır”.
 

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org