13:38 – xeber – Dəməşq ölkənin şimalında kürdlərin muxtariyyət yaratmasına izn verməyəcək.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya mətbuatına müsahibəsində Suriyanın Moskvadakı səfiri Riyad Xaddad söyləyib. Onun sözlərinə görə, bununla bağlı istənilən danışıqlar qəbuledilməzdir.
Qeyd edək ki, bir müddət öncə kürdlər Suriyanın şimalında muxtariyyət yaratdıqlarını elan ediblər. Onlar bundan sonra Dəməşqə sadiq qalacaqlarını söyləyiblər.