Suni intellekt 2,3 milyon yeni is yeri yaradacaq


[r32]
– xeber –
Süni intellekt texnologiyalarının inkişafı və geniş tətbiqi robotların iş yerlərində tez-tez insanları əvəzləməsi ilə nəticələnir. Eyni zamanda, kompüterlər yeni iş yerləri yaradır və bir neçə il sonra onların sayı süni intellektə görə işdən çıxarılanların sayını üstələyəcək.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, “Qartner” analitiklərinin proqnozuna görə, 2020-ci ildə süni intellekt 2,3 milyon yeni iş yeri yaradacaq.
Süni intellektin kadr bazarına təsir dərəcəsi sahədən asılı olacaq: bəzi sahələrdə iş yerlərinin sayı bir neçə il ərzində azalacaq, digər sahələrdə, məsələn, səhiyyə, təhsil və dövlət sektorunda bu göstərici ən azı 2019-cu ilədək artacaq.
Sürücüsüz avtomobillər, robot dayələr, insanların işə qəbulu üzrə avtomatik sistemlər və digər süni intellekt texnologiyaları insanları narahat edir. “Pew Research” şirkəti bu ilin oktyabrında amerikalılar arasında keçirilmiş sorğunun nəticələrini dərc edib. Məlum olub ki, ABŞ əhalisinin 70 faizi avtomatlaşdırmadan və iş yerini itirməkdən qorxur.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org