"Suni" buzovlara gore pul verilecek

6 Yanvar 2016 09:25 – xeber –
Nazirlər Kabineti "Süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi  Qaydası"nı təsdiq edib.
Olkem.az APA-ya istinadən bildirir ki, bu Qayda yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması və bu sahəyə marağın gücləndirilməsi üçün  süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi prosedurlarını müəyyən edir.
 
Heyvanların süni mayalandırılması ilə məşğul olmaq üçün mütəxəssislər ixtisasartırma və ya kadrların yenidən hazırlanma təhsilini müvəffəqiyyətlə başa vuran dinləyicilərin (baytarların və ya zootexniklərin) sırasından seçilir, onlara təhsil müəssisəsinin təqdimatı əsasında Kənd Təsərrüfatı Nazirliyi  tərəfindən müvafiq olaraq sertifikat və ya diplom verilir. Heyvanların süni mayalandırılması üçün nazirliyin tabeliyindəki Respublika Süni Mayalama Mərkəzində istehsal olunmuş, habelə hüquqi və fiziki şəxslər tərəfindən ölkəyə idxal edilən heyvan toxumundan istifadə edilməlidir. Süni mayalandırmaya görə xidmət haqqı mütəxəssis və heyvan sahibi arasında qarşılıqlı razılaşma əsasında müəyyən edilir. Süni yolla mayalandırılmış heyvanda döllənmə baş tutmadıqda, təkrar aparılmış süni mayalandırmaya görə heyvan sahibi tərəfindən  mütəxəssisə yalnız heyvan toxumunun dəyəri ödənilir. Mərkəz tərəfindən heyvan toxumunun satış qiyməti Mərkəzin və nazirliyin rayon (şəhər) idarəsinin internet informasiya resurslarında yerləşdirilir. Heyvan süni mayalandırıldıqdan sonra dərhal, buzov isə doğulduqdan 10 gün sonra, lakin 15 gündən gec olmayaraq mütəxəssis tərəfindən birka vasitəsilə identikləşdirilir və uçota alınır. İdentikləşdirməyə görə xidmət haqqı mütəxəssis və heyvan sahibi arasında qarşılıqlı razılaşma əsasında müəyyən edilir. Heyvan sahibi buzov doğulduğu gün onun sağlamlıq vəziyyəti  barədə mütəxəssisi telefon, elektron poçt və digər vasitələrlə məlumatlandırmalıdır.  Süni mayalandırma yolu ilə doğulan buzovların sağlamlıq vəziyyətinin müəyyən edilməsi və bu sahədə vaxtında baytarlıq tədbirlərinin görülməsi məqsədi ilə Mərkəzin və nazirliyin müvafiq rayon (şəhər) idarəsinin mütəxəssisləri tərəfindən rübdə bir dəfə monitorinq keçirilir və nəticələr ümumiləşdirilərək nazirliyə  təqdim olunur.
 
Süni mayalanma yolu ilə buzov əldə etmiş heyvan sahiblərinin  müəyyənləşdirilməsi və alınmış hər baş buzova görə subsidiyanın verilməsinin təşkil edilməsi  üçün Kənd Təsərrüfatı  Nazirliyinin  əmri ilə rayon (şəhər) komissiyası yaradılır. Rayon (şəhər) komissiyasının sədri  rayon (şəhər) kənd təsərrüfatı idarəsinin rəisi, rayon (şəhər) komissiyasının üzvləri  rayon (şəhər) kənd təsərrüfatı idarəsinin heyvandarlıq sektorunun müdiri, Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin  rayon (şəhər) baytarlıq idarəsinin rəisi, Maliyyə Nazirliyinin rayon (şəhər) üzrə maliyyə idarəsinin (şöbəsinin) səlahiyyətli nümayəndəsi, Dövlət Statistika Komitəsinin rayon (şəhər) şöbəsinin səlahiyyətli nümayəndəsi olacaq. Mütəxəssislər tərəfindən verilmiş məlumatların dəqiqləşdirilməsi və hesabatların hazırlanması üçün rayon (şəhər) kənd təsərrüfatı idarəsi rəisinin əmri ilə idarənin əməkdaşından, rayon (şəhər) baytarlıq idarəsinin nümayəndəsindən (və ya sahə baytarlıq məntəqəsinin mütəxəssisindən) və rayon icra hakimiyyəti başçısının ərazi üzrə nümayəndəsindən ibarət işçi qrupu yaradılır. İşçi qrupu 5 gün müddətində heyvan sahibinin iştirakı ilə rayon komissiyasına təqdim edilmiş məlumatların düzgünlüyünü yoxlayır və iki nüsxədən ibarət akt tərtib edir. Aktın bir nüsxəsi rayon komissiyasına, digər nüsxəsi isə heyvan sahibinə verilir. Süni yolla mayalandırılmış heyvan əkiz və ya üçəm doğduqda, hər bir buzov ayrı-ayrılıqda uçota alınır, birkalanır. Dövlət büdcəsinin vəsaiti hesabına yalnız hər bir sağlam buzova görə subsidiya ödənilir.
 
Subsidiyanın ödənilməsi üçün  Kənd Təsərrüfatı Nazirliyinin əmri ilə Respublika Komissiyası yaradılır. Respublika komissiyası rayon (şəhər) komissiyalarından daxil olan icmal siyahılara 5  gün müddətində baxır və subsidiyanın verilməsi barədə qərar qəbul edir.  Maliyyə Nazirliyi müvəkkil bank vasitəsilə heyvan sahiblərinə ödəniləcək vəsaitin onların hesablarına köçürülməsini təmin edir. Subsidiya verilmiş heyvan sahiblərinin rayonlar və kəndlər üzrə siyahısı nazirliyin rəsmi internet saytında yerləşdirilir.
 
Qeyd edək ki, "Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 avqust tarixli 1364 nömrəli sərəncamı  ilə süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə 100 manat həcmində subsidiya müəyyən edilib.

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org