Sumqayitda zavodda bedbext hadise: Ölen ve xesaret alan var


[r32]
– xeber –
Sumqayıtda Etilen-polietilen zavodunda bədbəxt hadisə baş verib.
SOCAR-ın mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, bu gün saat 12.30 radələrində zavodun ərazisində yerləşən anbar binasının təmiri ilə əlaqədar "Azərikimya" İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsinin 1 saylı Mexaniki quraşdırma sahəsinin işçiləri – quraşdırıcı çilingər Məmmədov Əlövsət Adil oğlu və elektrik qaz qaynaqçısı Əzizli Toğrul Cavadxan oğlu avtosəbətdə işləyərkən, avtosəbətin oxunun sınması nəticəsində yerə düşüblər.
Dərhal hadisə yerinə çağırılan təcili tibbi yardım hər iki işçini xəstəxanaya çatdırıb. Həkimlərin səylərinə baxmayaraq, 16-00 radələrində Məmmədov Əlövsət Adil oğlu dünyasını dəyişib. Toğrul Əzizlinin həyatı hazırda təhlükə altında deyil. Hadisə ilə bağlı araşdırma aparılır. Nəticə barədə əlavə məlumat veriləcək.
SOCAR rəhbərliyi və kollektivi mərhumun ailəsinə dərin hüznlə başsağlığı verirlər.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org