Sulh yaratmaq mumkun deyil – Hikmet Babaoglu


[r32]
– xeber –
Hazırkı mürəkkəb tarixi mərhələdə beynəlxalq problemlərin həlli yolu yalnız beynəlxalq hüquqa əsaslanmalı və ədalətli olmalıdır. Hər nə qədər bu gün ikili standartlara söykənən hegemon aktorlar öz mənafelərinə uyğun gəldikdə əvvəl sülh, sonra ədalət prinsipi ilə məsələləri həll etməyə çalışsalar da həqiqət budur ki, ədalət olmadan sülh yaratmaq mümkün deyil. Ədalətli olmayan və beynəlxalq hüquqa əsaslanmayan sülh əslində məcburetmədir və daimi ola bilməz. Qüds probleminin həllində də Azərbaycanın mövqeyi beynəlxalq hüquqa və ədalətə əsaslanır.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu fikirləri “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu Azərtac-a açıqlamasında bildirib.
Hikmət Babaoğlu bildirib ki, Azərbaycan hələ İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) hazırkı sədri Türkiyə Respublikasının təşəbbüsü ilə Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısında ən yüksək səviyyədə təmsil olunub və məsələ ilə bağlı konkret mövqe nümayiş etdirmişdi. Bu mövqeyini BMT Baş Assambleyasında keçirilən səsvermə zamanı təkrar edən Azərbaycan öz ardıcıl və prinsipial siyasətinə sadiq qalaraq, beynəlxalq hüquq norma və prinsiplərinin tələbələrinə riayət edərək və kənardan müxtəlif təzyiq cəhdləri olmasına baxmayaraq, Qüdsün İsrailin paytaxtı kimi tanınması təşəbbüsünün əleyhinə səs verib. Bununla da bir daha özünün xarici siyasət prinsiplərinə və beynəlxalq hüquqa sadiq olduğunu nümayiş etdirib. Eyni zamanda, hər kəsə aydın olub ki, Azərbaycan İslam həmrəyliyi çağırışının müəllifi kimi mənəvi–siyasi baxımdan buna layiqdir və İslam həmrəyliyini, eyni zamanda, həm də mədəniyyətlərarası dialoq vasitəsi kimi görür. Bəzi müsəlman yaxud türk-müsəlman ölkələrinin çəkingən yaxud qeyri-müəyyən mövqeyi kontekstində ölkəmizin belə prinsipial mövqe nümayiş etdirməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzunun artmasına və güclü dövlət kimi onunla hesablaşmağın zəruri olduğuna gətirib çıxaracaq.
“Bu, həm də onun göstəricisidir ki, hər hansı bir problemin həllində, onun mövcud olduğu coğrafiyadan yaxud dini ,etnik mənsubiyyətindən asılı olmayaraq Azərbaycan bütün hallarda beynəlxalq hüququn təntənəsinin tərəfdarıdır. Heç şübhəsiz ki, ilk növbədə Dağlıq Qarabağ probleminin həllində də Azərbaycan beynəlxalq hüququn başlıca prinsipi olan dövlətlərin ərazi bütövlüyünün təmin olunmasını istəyir və tərəfdaş ölkələrdən də belə mövqe nümayiş etdirmələrini gözləyir”,- Milli Məclisin deputatı vurğulayıb.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org