Şubhe yaradan mehz Ermenistan idi – Ekspert

09:00 – xeber – İyun görüşünün baş tutması o deməkdir ki, Vyana prosesi davam edəcək.
 
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. Sabiq dövlət müşaviri Azərbaycan və Ermənistan prezidentlərinin gözlənilən iyun görüşü ilə bağlı danışıb:
 
“Bu görüş həm də ATƏT-in Minsk Qrupu dövlətlərinin xarici işlər nazirlərinin səylərinə bir hörmətdir. Çünki danışıqların baş tutmayacağı barədə şübhələri yaradan məhz Ermənistan tərəfi idi. Hesab edirəm ki, danışıqların baş tutması hələ sülhyaratma mərhələsinin başlaması demək deyil. Çünki bunun üçün ilkin mərhələdə böyük sülh sazişinin fundamental prinsipləri müəyyənləşdirilməlidir. İyun görüşü də məhz bunun əsasını təşkil edir. Azərbaycan üçün əhəmiyyətli olan ərazi bütövlüyü məsələsidir. Ermənistan isə hər addımında Dağlıq Qarabağın statusu məsələsini ön plana çıxarır”.
 
Politoloq Dağlıq Qarabağ probleminin hazırkı və ən real həllinin məhz bu vacib şərtlə – erməni qoşunlarının Azərbaycan torpaqlarından çıxarılması ilə başlayacağını deyib:
 
“ABŞ Dövlət katibi Con Kerri, Avropa Şurası və Avropa Birliyi də bunu irəli sürüblər. Ermənilərin əsas planı müxtəlif torpaqlarda erməniləşdirmə-haylaşdırma siyasətini həyata keçirməklə bir çox xalqların milli özəllikərini məhv etdikdən sonra “Yeni Hayastan” layihəsini gerçəkləşdirməkdir. İyun danışıqlarında Ermənistan tərəfindən sıçrayış xarakterli razılaşmaların olacağını qətiyyən gözləməsəm də, danışıqlar prosesinin başlaması çox müsbət addımdır. Çünki yalnız belə olan təqdirdə müharibə variantı xeyli azalır. Düzdür, bu variantda Azərbaycan üçün xeyli üstünlüklər var. Ancaq Azərbaycan prosesin BMT qətnamələri daxilində sülh yoluyla həllin tərəfdarıdır”.
 
Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Pyer Andrie (Fransa) və İqor Popov (Rusiya) Azərbaycan və Ermənistan XİN rəhbərləri Elmar Məmmədyarov və Edvard Nalbəndyanla 2 iyun görüşünün nəticəsi olaraq bəyanat yayıblar. Bəyanatda bildirilir ki, nazirlər Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə öhdəliklərini təsdiqləyərək Azərbaycan və Ermənistan prezidentlərinin danışıqların növbəti raundunu iyunda keçirməyə razılıq verdiklərini bildiriblər.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org