SSRİ-nin yazilmamis xuliqan qanunlari

22:25 – xeber – Hər dövrün öz gənclərinə və idarəçiliyinə uyğun yazılmamış qanunları olur. Müxtəlif xalqlarla birgə tərkibində yaşadığımız SSRİ-nin də özünəməxsus, müasir gənclərə yad olan bəzi qanunları olub.
 
Axar.az ötən əsrin 70–80-cı illərinin xuliqanlarının yazılmamış qanunlarını təqdim edir:
 
Dalaşanda həmişə təkbətək dalaşmaq lazım idi. Qrup şəklində dalaşmalar çox istisna hallarda ola bilərdi.
 
Əgər bir oğlan qızla gedirdisə, ona toxunmaq olmazdı. Çünki bu, oğlanı alçaltmaq, yanındakı xanımı isə təhqir etmək demək idi.
 
Özündən böyükləri problem həllində köməyə çağırmaq qorxaqlıq sayılırdı.
 
Əgər dostlarının problemi varsa, kömək etməyə borclu idin. Əks halda sən satqın hesab olunurdun.
 
Özündən kiçiklərin və qızların xətrinə dəymək birmənalı şəkildə qadağan idi.
 
Yeni kompaniyaya daxil olarkən öz dediklərini əməlinlə sübut edə bilməsən, cəzalanırdın.
 
Özündən böyüklərə həmişə hörmət edilirdi və onlar həmişə balacaların dadına yetişirdi.
 
Əgər bir qız içki içib siqaret çəkməyə başlayırsa, ona olan hörmət azalmağa başlayırdı.
 
Fahişə ilə görüşmək öz dostların arasında olan hörmətini itirmək demək idi.
 
Narkotik aludəçilərini heç kim sevmirdi və onlarla ünsiyyətə girmirdi.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org