Soyuqda papaq taxmayanlarin nezerine

2 Yanvar 2016 21:45 – xeber –
Olkem.az saglamolun.az-a istinadən bildirir ki, soyuq havada, xüsusilə küləkdə, yağışda başıaçıq gəzən həmvətənlərimiz bilmədən öz səhhətini çox ciddi təhlükəyə salırlar.
– Baş dərisinin soyuqlaması tez bir zamanda orqanizmin ümumi soyuqlamasına səbəb olur. Bunun nəticəsində insanın immuniteti kəskin zəifləyir və insan soyuqdəymə və infeksiya xəstəliklərinə daha tez tutula bilər.
– Qulaqlar soyuğa xüsusilə həssasdır. Qulaq sinirinin iltihabı eşitmənin pisləşməsinə, qulaqlarda ağrılara səbəb ola bilər. İltihab vaxtında müalicə olunmadıqda insanda karlıq inkişaf edə bilər. Orta qulağın iltihabı olan otitin əsas səbəbi də məhz soyuqlamadır.
– Burun-udlaq da soyuqlamaya çox tez reaksiya verir. Nəticədə insanda zökəmin, tonzillitin (angina), bronxitin və s. iltihabların riksi xeyli artır. Xüsusilə bu xroniki tonzillit, xroniki haymorit kimi xəstəlikləri olan insanlar üçün təhlükəlidir. İstənilən soyuqlama onlarda xəstəliyin kəskinləşməsinə səbəb ola bilər.
– Bir çoxları saçlarını "qorumaq" məqsədi ilə papaqdan imtina edir – papaqda saçlar əzilir, saç düzümü korlanır. Lakin nəzərə almaq lazımdır ki, soyuq saçların sağlamlığına çox ciddi ziyan vurur. Soyuqda baş dərisinin kapilyarları daralır, saç follikullarının qidalanması kəskin pozulur. Bu isə saçların vəziyyətinə mənfi təsir edir – saçlar zəif, nazik, cansız olur, tökülür.
– Başın soyuqlaması üz sinirlərinin iltihabına səbəb ola bilər. Bu çox ciddi, güclü ağrılarla müşayiət olunan, çətinliklə müalicə olunan pozulmalardır. Üz sinirinin iltihabı nəticəsində insanın üzü əyilə bilər.
– Başın soyuqlaması güclü baş ağrılarına, kəllədaxili təzyiqin artmasına səbəb ola bilər.
– Başın soyuqlaması miqren tutmasına səbəb ola bilər. Həmçinin bir çox insanlarda ağır baş ağrıları ilə müşayiət olunan miqren xəstəliyi məhz başın güclü soyuqlamasından sonra meydana çıxıb.

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org