Soyqirimi kim toredib? – Ermeni muellifin etiraflari

12:52 – xeber – Bu material X.Hovsepyan adlı erməni müəllifin “Mübarizə və quruluş” kitabından götürülüb. Kitab 1930-cu ildə İrəvan Dövlət Nəşriyyatı tərəfindən çap edilib. Erməni müəllifi burada daşnakların qəsbkarlıq fəaliyyətindən, daşnak qüvvələrinin yerli türk əhaliyə qarşı törətdikləri vəhşiliklərdən, xarici qüvvələrin əlində alətə çevrilən bir qüvvə olduqlarından yazıb. Bu kitabın əhəmiyyəti həm də ondadır ki, bu fikirlərin müəllifi ermənidir. Və bu gün dünyanın bəzi ölkələrində “erməni soyqırımı” deyib haray çəkənlərə tutarlı bir cavabdır.
 
Axar.az admiral.az-a istinadən X.Hovsepyanın daşnak siyasətinin mahiyyətini ortaya qoyan yazısını təqdim edir:
 
“1917-ci il oktyabrda Rusiya proletariatı bolşeviklərin rəhbərliyi altında hökuməti ələ alaraq, köhnə bürokrat aparatını dağıdıb hər yerdə Şura hökuməti yaratdı.
 
Cənubi Qafqazda Şura hökumətinin qurulmasına maneçilik etmək və Rusiya proletariatından Cənubi Qafqaz proletariatını ayırmaq məqsədilə Oktyabr inqilabından dərhal sonra Cənbubi Qafqaz əks-inqilabçı firqələri: menşevik, müsavat və daşnak birləşmələri özləri üçün hökumət – Cənubi Qafqaz seymini təşkil etmələrini və Rusiya şura hökumətinin əmrlərinə tabe olamdıqlarını qərara alırlar.
 
Bu vaxt Rusiya ordusu Türkiyə cəbhəsindən geri qayıdırdı. Cəbhədən dönən rus ordusunun eşalonlarını tərksilah etmək üçün Seymdə qərar alınmışdı…
 
…Bir müddətdən sonra Seym dağıldı. Yəni menşevik, müsavat və daşnaklar birgə işləmək üçün ümumi dil tapmadılar və tapa da bilməzdilər. Seym dağıdıldıqdan sonra dərhal üç müstəqil cümhuriyyət quruldu: Müsavat – Azərbaycanı, menşevik – Gürcüstanı, daşnak – Ermənistanı.
 
Beləcə, 1918-ci ilin mayında “müstəqil” daşnak Ermənistanı əmələ gəldi.
 
Daşnakların üç il hökmranlığı müddətində millətlər müharibəsi olmazın dərəcəyə çatdı. Daşnaklar menşevik Gürcüstanı ilə bir dəfə, Türkiyə ilə iki dəfə, Azərbaycan ilə isə bir neçə dəfə müharibə etdilər. Məmləkət daxilində türk camaatını cismən məhv etmək siyasətini aparırdılar. Ağbabada, Zəngibasarda, Şərurda on minlərlə dinc türk məhv edildi.
 
Bu vətəndaşların əmlakı talan olub, daşnak xumbabetlərinin  (daşnaq hərbi birləşmələrində  komandirlərə verilən ad – R.S.) mülkünə çevrildi.
 
Milli müharibələri aparmaq və türk camaatını tələf etmək üçün əks-inqilabçı daşnak hökuməti qırx minə yaxın muzdlu saxlayırdı. Onlar həm də “nizami ordu” adı verdikləri qruplaşmadan başqa, daşnaq hökuməti onlarla xumblar (daşnak könüllü birliklərinə verilən ad – R.S.) saxlayırdılar. Bunları təmin etmək üçün daşnak hökuməti zəhmətkeş kəndlilərin və fəhlələrin üzərinə ağır vergilər qoyurdu. Öz çirkin siyasətini aparmaq üçün bu vasitələr kifayət deyildi və buna görə daşnak hökuməti İngiltərə-Amerika imperialsitlərinin yardımına müraciət edərək, onlardan külli miqdarda da vəsait alırdı.
 
Daşnak hökumətinin çirkin siyasəti nəticəsində xalq təsərrüfatı tamam dağılmışdı. Camaatın bir hissəsi cismani məhv olmuşdu. Ölkədə aclıq, dağınıqlıq şiddətli surətdə davam edirdi. Tifdən (yatalaq) və başqa yolxucu xəstəliklərdən minlərlə insan ölürdü. Türkiyədən və Yunanıstandan gələn yüz minlərlə mühacirlər çirkin daşnak siyasətinin qurbanları olurdular. Onlar cır-cındır geyimdə ac-susuz, evsiz-eşiksiz qalmışdılar. Onsuz da az miqdarda olan sənaye müəssisələri demək olar ki, büs-bütün dayanmışdı, hamısı dağınıq halda idi.
 
…İki-üç paravozdan və onlarla vaqonlardan ibarət olan dəmir yolu yararsız hala düşmüşdü və çox çətinliklə işləyirdi. Sənaye işçilərinin sayı çox az idi, olanlar da nəqliyyatda və şərab-spirt-konyak müəssisələrində işləyirdilər. Onların da iş saatı 9-10 saatdan ibarət idi. Bütün işçilər məcburi surətdə orduya çağrılmışdı. Kəndlərdə yalnız iş qüvvəsi olmayan kişilər və qadınlar qalmışdı. Ölkəni ölüm halına gətirən əks-inqilabçı daşnak hökuməti Amerika, İngiltərə və Fransanın ayaqqabılarını yalayaraq, imperialsitlərin yardımı ilə “böyük” Ermənistan yaratmaq fikrində idi.
 
Ancaq məlum olduğu kimi onların planı xəyal oldu. Qərbi Avropa və Amerika imperialistləri yalnız Cənubi Qafqaz və Bakı neftini ələ keçirərək vəziyyətlərini möhkəmlədib Cənubi Qafqazdan bolşevik Rusiyasına keçmək fikri ilə daşnaklardan istifadə edirdilər…
 
…Ancaq bir müddətdən sonra daşnaq hökuməti İngiltərə imperialistlərinin göstərişinə görə və onların rəhbərliyi altında Türkiyə ilə yenidən müharibəyə başladılar. Müharibənin əleyhinə olan fəhlə və kəndliləri silah gücünə cəbhəyə göndərirdilər…
 
…Daşnakların haqsızlıqlarının hüdudu yox idi, onlar ölkəni son dərəcə dağınıq vəziyyətə saldılar. Yüzlərcə fəhlə və kəndlilər daşnak avantürasının qurbanı oldu. Fəqət, belə bir özbaşnalığa son verildi. Qızıl ordu qəti olaraq daşnak başıpozuqları və xumbabetlərinin tör-töküntüsünü əzdi. 2 aprel 1921-ci ildə Şura hökuməti bərpa olundu”.  

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org