Soydaslarimiz Gurcustanda siyasi mubarizeye qosuldu

20:22 – xeber – Gürcüstanda keçiriləcək parlament seçkilərində azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonundan iki nəfər azərbaycanlının majoritar qaydada deputatlığa namizədliyi irəli sürülüb.
 
APA-nın məlumatına görə, bu gün Marneulidə soydaşlarımızla görüşən Vahid Milli Hərəkat Partiyasının lideri David Bakradze Gürcüstan parlamentinin deputatı Azər Süleymanov və Marneuli sakini Əhməd İmamquliyevin deputatlığa namizədliyini elan edib.
 
D.Bakradze soydaşlarımız qarşısında çıxışında Vahid Milli Hərəkat Partiyası tərəfindən majoritar qaydada deputatlığa namizədliyi irəli sürülən şəxslərə inandığını bildirib: “Biz Gürcüstanla Türkiyənin, Azərbaycanın əlaqələrini inkişaf etdirəcək, əməkdaşlığımızı genişləndirəcəyik. Son 4 ildə biz Gürcüstanın necə inkişaf etdiyini gördük. Əvvəllər Gürcüstan ali məktəblərinə 12 məzun qəbul olurdusa, indi 3 mindən çox azərbaycanlı tələbə Tiflis universitetlərində təhsil alır. Biz daha da irəli gedəcəyik və seçkilərdə qələbə qazanacağıq”.
 
Sonra parlament seçkilərində majoritar deputatlığa namizəd irəli sürülən Azər Süleymanov və Əhməd İmamquliyev soydaşlarımız qarşısında çıxış ediblər.
 
D.Bakradze jurnalistlərə açıqlamasında partiyasının Bolnisidən Gürcüstan Azərbaycanlı Tələbələr Assosiasiyasının sədri Samirə İsmayılovanın və Qardabanidən Vahid Milli Hərəkat Partiyasının Qardabani şöbəsinin rəhbəri Ramin Bayramovun majoritar qaydada deputatlığa namizədliyini irəli sürəcəyini bildirib: “Biz parlament seçkilərində daha çox azərbaycanlının deputat seçilməsinin tərəfdarıyıq”.
 
Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 8-də keçiriləcək.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org