“Şovket xanimin Xana paxilligi tutdu” – Video

08:30 – xeber – Şövkət xanım yaxşı sənətkar kimi, yaxşı da insandır. O, son dərəcə alicənab, diqqətcil, sadə, mehriban və qonaqpərvərdir. Mən Şövkət xanımı 40 ildir tanıyıram. Bu 40 ildə bir dəfə də olsun, özünü öyməsini, sənətdə “mənəm-mənəm” deməsini eşitməmişəm.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözlər görkəmli musiqişünas Firudin Şuşinskinin “Azərbaycanın musiqi xəzinəsi” kitabındandır. Mərhum musiqişünasın Şövkət Ələkbərova və digər sənətçilər haqda xatirələri dəfələrlə qalmaqal yaşayan çağdaş müğənnilərə, şou əhlinə əsil nümunədir:
 
“Şövkət xanım həmişə Bülbülün, Xanın, Zülfünün, Rübabənin adlarını hörmətlə çəkir, onlardan çox şey öyrəndiyini inkar etmir. Lakin bir dəfə onun bir sözü məni çox utandırdı, həm də kədərləndirdi. Bir neçə il bundan əvvəl radioda Xan Şuşinski haqqında veriliş aparırdım. Veriliş qurtaranda Şövkət xanım mənə zəng vurub dedi:
 
– Firudin bəy, veriliş çox xoşuma gəldi. Amma Xana paxıllığım tutdu.
 
Doğrusu, mən başa düşmədim. Tez cavab verdim:

– Siz nə danışırsınız? Dünyadan köçmüş adama paxıllıq edərlər?
 
O, sakit, titrək səslə dilləndi:
 
– Sən Xan haqqında elə qiymətli sözlər söylədin ki, doğrudan da Xana paxıllığım tutdu. Kaş, mən də öləydim, mənim haqqımda da belə xoş sözlər söyləyəydin.
 
Şübhəsiz ki, mən narahat və incə bir qadın qəlbini ələ almağa və ona bu sözləri deməklə özümə bəraət qazandırmağa çalışdım:
 
– Şövkət xanım! Bizim böyük sənətkarımız Qurban Pirimov həmişə desə də, “çalış, ölmə”, amma ölmək həyatın qanunudur. Sizə ölüm yaraşmır və sizin kimi xalqa xidmət edən, onun milli mədəniyyətini ucaldan bir sənətkar heç vaxt ölməz”.
 

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org