Şou numeyendelerinin 2016 plani: "Biri evlenir, o biri ise…"

5 Yanvar 2016 17:04 – xeber –
Sənət aləminin tanınmış simaları 2016-cı ildə də pərəstişkarlarının qarşısına yeniliklərlə çıxacaqlar. 
Olkem.az xəbər verir ki, axşam.az sorğu apararaq, məşhurların builki planlarını soruşub:
Xalq artisti Faiq Ağayev:
"2016-cı ildə yeni mahnılarım olacaq. Dinləyicilərimi bunlarla sevindirəcəm".
Xalq artisti Aygün Kazımova:
"Türkiyə ilə layihələrim davam edəcək. İlin ilk günlərində "Səni belə sevmədilər" mahnıma klip çəkdirəcəm. Bunun üçün Türkiyədən Bakıya böyük yaradıcı heyət gələcək".
Xalq artisti Nazpəri Dostəliyeva:
"Bu il bir çox layihələr reallaşdıracam. Bunlar arasında Türkiyə ilə bağlı planlar da var. Qardaş ölkədən bir neçə təklif almışam. İçlərindən mənə uyğun olanını seçib, qəbul edəcəm".
Əməkdar artist Manana:
"Yeni mahnılarım, səfərlərim olacaq. Ola bilsin ki, tamaşaçılar bu il məni başqa ampulada da görsünlər. Aktrisalıq fəaliyyətim olacaq. Bəlkə komediya filmində də çəkildim".
Əməkdar artist Lalə Məmmədova:
"Ötən il norveçli bir fotoqrafla maraqlı layihə etdik. 2016-cı ildə isə stilist Elnur Həsənovla birlikdə maraqlı layihə edəcəyik. Arzularım çoxdur, amma qayğılarım da var. İstədiklərimi tam reallaşdıra bilmirəm. "Dan ulduzu" ansamblı ilə yaxşı layihəmiz olacaq".
Əməkdar artist Röya Ayxan:
"2016-cı ildə Türkiyədəki layihələrim davam edəcək. Orada heç kimin ağlına gəlməyən bir müğənni ilə duet oxuyacam".
Müğənni Zamiq Hüseynov:
"Bu il həyatımda dəyişiklik olacaq. Evlənməyi düşünürəm. Toy olacaq. Bir də yeni mahnılar, kliplər təqdim edəcəyəm".
Müğənni-bəstəkar Murad Arif:
"2015-ci ildəki fəaliyyətimdən məmnunam. Hit mahnılarım oldu. Şəxsi həyatımda da böyük üstünlüklər oldu, xoşbəxtəm. Bu ildə eyni gözəllikləri yaşamağı ümid edirəm". 
Rəqqasə Fatimə Fətəliyeva:
"Ötən il dayanmadan çalışdım, yeni layihələr təqdim etdim. İnanıram ki, 2016-cı il də uğurlu olacaq. Bu il "Banu" rəqs məktəbinin konsertini edəcəm. Rəşid Behbudov adına Teatrda baş tutacaq. Bu dəfə səhnəyə tələbələrim çıxacaq".

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org