Sosial sebekede oğlu ile tele qurdu, qadinlarin pullarini yeyib gizlendi

29 Dekabr 2015 09:12 – xeber –
Belarusun Qomel şəhərində internetdə qadınlarla tanış olaraq onları aldatmaq yolu ilə 5 min ABŞ dollarından çox pullarını mənimsəyən Azərbaycan vətəndaşı tutulub.
"Report" xəbər verir ki, bu barədə Minsk şəhər Daxili İşlər Mərkəzi Rayon İdarəsinin mətbuat zabiti Tatyana Oboznaya məlumat verib.
Onun sözlərinə görə, kişi qadınlarla sosial şəbəkələrdən biri vasitəsi ilə (Odnoklassniki – red.) tanış olub. O zərərçəkənlərə Azərbaycanda yaşadığını və bizneslə məşğul olduğunu, Qomeldə də mənzilinin olduğunu bildirib. Azərbaycanlı öz qurbanlarını tezliklə birdəfəlik sözügedən şəhərə köçəcəyinə, orada restoran biznesi ilə məşğul olacağına və bu məsələdə yanında bir həyat yoldaşının vacib olmasına inandıra bilib.
T.Oboznayanın məlumatına görə, o, qısa müddət ərzində qadınlarda özünə qarşı etibar yarada bilib və onların 5 min ABŞ dollarından çox vəsaitini mənimsəyib. 44 yaşlı azərbaycanlıya bu işdə Bakıda yaşayan oğlu köməklik edib.
Bir müddətdən sonra sözügedən şəxs qadınları sosial şəbəkədəki profilində "qara siyahı"ya salıb və onlarla əlaqə saxladığı telefon nömrəsindən imtina edib.
Qadınların şikayəti əsasında aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində həmyerlimiz Qomel şəhərində saxlanılıb.
Hazırda ona qarşı Belarus Cinayət Məcəlləsinin 209-cu maddəsi üzrə ("Dələduzluq") cinayət işi qaldırılıb. Hələ ki, faktla bağlı polisə on qadından şikayət ərizəsi daxil olub. Lakin onların sayının çox olacağı ehtimal edilir.

mənbə : milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org