Şok ssenari: NATO uc gune meglub olacaq

00:37 – xeber – Qərbdə son zamanlar Rusiya və NATO-nun qarşı-qarşıya gələcəyi mümkün görünən qlobal münaqişələr modelləşdirilir.
 
Publika.az xarici mediaya istinadən xəbər verir ki, “Rand Corp” analitik mərkəz Amerika zabitləri və mülki məmurların iştirakı ilə hərbi oyunlar keçirib.
 
Hərbi oyunlar arzu edilməyən nəticələrə gətirib çıxarıb. Nəticələrə görə, hazırda NATO-nun Avropadakı gücləri Rusiya ordusuna uduzur. Hərbi oyunlara görə, müharibənin ən ehtimal edilən ssenarisi Rusiyanın Baltikyanı ölkələrə müdaxiləsidir. “Əgər Rusiya tankları və piyada qoşunları sabah Baltikyanı ölkələrə daxil olarsa, NATO gücləri üç gün ərzində məğlubiyyətlə düçar olacaqlar”, – “Foreign Policy” hərbi oyunların nəticələrində deyilir.
 
Oyunlarln nəticəsinə əsasən, NATO gücləri hazırkı vəziyyətdə ittifaqın ən zəif ölkələrinin ərazisini müdafiə etməyə qadir deyil. 2014-2015-ci illərdə stolüstü formatda çoxsaylı hərbi oyunlar oynanılıb. Nəticə bundan ibarət olub ki, Rusiya gücləri 36-60 saat sonra artıq Tallin və ya Riqanın qapılarını döyüb. ABŞ və Baltikyanı ölkələrinin qoşunları, həmçinin Amerika Hərbi Hava Qüvvələri mexanikləşdirilmiş Rusiya hissələrinin hücumunu saxlamağa nail olmayıblar və böyük itkilər veriblər.
 
Nəticədə, sürətli məğlubiyyətdən sonra ABŞ və onun NATO-dakı müttəfiqlərinin əlində bir neçə ssenari qalır: əks-hücuma keçmək, Rusiyanı nüvə silahı da olmaqla cavab zərbəsi ilə vurmaq, müvəqqəti məğlubiyyəti qəbul edərək yeni “soyuq müharibə”yə başlamaq.
 
Hərbi oyunlar nümayiş etdirdi ki, Baltikyanı ölkələrin sürətli ilhaqının qarşısını almaq üçün NATO regionda hərbi kontingentini gücləndirməldir. NATO-nun şərq cəbhəsi üçün kifayət qədər peşəkar yeddi briqada, həmçinin ağır zirehli texnikanın üç briqadası, aviasiya və artilleriya dəstəyi lazımdır.
 
Əlavə güclərin saxlanılması ildə təxminən 2,7 milyard dollara başa gələcək. ABŞ-ın müdafiə naziri Eşton Karter yaxın vaxtlarda Şərqi Avropada əlavə ağır silahlar və zirehli avtomobillərin yerləşdirilməsi planlarını elan edib. Pentaqon 2016-cı ildə Avropada güclərin genişləndirilməsinə 3,4 milyard dollar xərcləməyi planlaşdırır. Amerika məmurlarının sözlərinə görə, Avropada orduya ayrılan maliyyənin artırılması ABŞ-ın NATO-dakı partnyorlarına sədaqətinin nümayişi üçün nəzərdə tutulub.
 
BBC televiziya şirkəti isə II Dünya Müharibəsinin ehtimal edilən ssenarisi haqqında film nümayiş etdirib. “Üçüncü Dünya Müharibəsi: nəzarət məntəqəsində” adlı filmdə Rusiya və NATO arasında potensial münaqişənin ssenarisi göstərilir. Nüvə qarşıdurması Baltikyanı ölkələrin ərazisində başlanır.
 
Film Ukraynanın şərqindəki hadisələrin gedişatını göstərən  süjet üzrə çəkilib. Rusiyayönlü üsyançılar Latviyanın Dauqavpils şəhərini tuturlar və Amerika-Britaniya koalisiyasının müdaxiləsindən sonra dünya genişmiqyaslı nüvə müharibəsi həddinə gəlir. Hadisələr Böyük Britaniya Silahlı qüvvələrinin nəzarət məntəqəsindən izlənilir. Filmin baş qəhrəmanları rollarında ölkənin keçmiş yüksək vəzifəli rəhbərləri oynayır. Onlar NATO-nun Avropadakı güclərinin keçmiş komandanı Riçard Şireff, Britaniya parlamentinin kəşfiyyat komitəsinin üzvü Nevill-Cons və Kral Hərbi-Dəniz Qüvvələrinin admiralı Lord Uestdir.
 
Uydurulmuş münaqişə Estoniyada – II Dünya Müharibəsi zamanı həlak olmuş sovet döyüşçülərinin yad edilməsi üçün keçirilən aksiyası zamanı başlayır. Tallində nümayişçilər qrupuna bir neçə maskalı şəxs hücum edir. Bundan sonra qarşıdurmalar ölkənin digər hissələrinə, həmçinin qonşu Latviyaya keçir. Burada mitinqlərdə iştirak etmiş rusdilli sakinlər həbs edilir. Bundan sonra, Dauqavpilsdə rusdilli icmanın üzvləri şəhər administrasiyasının binasını tuturlar və onun fasadından Avropa Birliyi ilə Latviyanın bayraqlarını götürürlər, əvəzində isə qırmızı bayrağını asırlar.
 
Sonda bəşəriyyəti Britaniya Nazirlər Kabinetinin üzvləri xilas edirlər.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org