Şok razilasma: PKK Turkiyeni terk edir, Ankara ise…

22:52 – xeber – Suriya Demokratik Qüvvələri (SDQ) Türkiyə ilə PKK arasında Fərat çayının qərbinin YPG-yə verilməsi barədə razılıq əldə edildiyini iddia edib.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, PKK-ya bağlı PYD-nin hərbi qolu YPG-yə Fərat çayının qərbinin verilməsində ABŞ-ın rolu olduğu bildirilib. Belə ki, PKK ilə Türkiyə arasında razılıq əldə edilməsində ABŞ-ın vasitəçilik etdiyi vurğulanıb.
 
Türkiyənin şərti…
 
İddiaya görə, rəsmi Ankara ilə PKK arasında baş tutan razılaşmaya əsasən, PKK da öz növbəsində Cənub-şərqi Anadoludan geri çəkilir.
 
Öcalana ev dustağı tələbi
 
Tərəflər arasında digər razılaşmanın Abullah Öcalanla bağlı olduğu iddia edilir. Türkiyənin Öcalanı İmralıdan ev dustaqlığına buraxmağı qəbul etdiyi bildirilir. Bu proseslərdən sonra Türkiyənin PKK ilə yenidən danışıqlar aparmağa da razılıq verdiyi vurğulanır.
 
 İncirlik görüşü…
 
ABŞ-ın vasitəçiliyi ilə Türkiyə rəsmiləri və YPG arasında İncirlik hərbi bazasında görüş keçirildiyi də iddialar arasındadır. Görüşdə YPG tərəfindən Menbic əməliyyatında iştirak edən Əbu Leylanın da olduğu qeyd edilir.
 
Türkiyə bilirdi və etiraz etmədi
 
Türkiyənin Menbic əməliyyatını həyata keçirən SDQ qüvvələrinin minlərlə kürddən ibarət olduğunu bildiyini, ancaq buna qarşı çıxmadığını deyən SDQ-çı məsələnin səbəbini də açıqlayıb:
 
"Türkiyə SDQ-də minlərlə kürd döyüşçüsü olduğunu bilirdi, ancaq bizim ABŞ üzərindən qurduğumuz təzyiqə görə buna qarşı çıxa bilmədi".

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org