SOCAR sefi Avro-2016 reklamindan danisdi

13:09 – xeber – AFFA prezidenti Rövnəq Abdullayev İcraiyyə Komitəsinin bu gün keçirilən iclasından sonra müzakirə olunan məsələlərlə bağlı müsahibə verib.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, qurum rəhbəri 2017/2018 mövsümüdə bölgə və I divizion klublarına maliyyə dəstəyi veriləcəyini deyib:
 
“Bilirsiz ki, şirkətlərin maliyyə durumu zəifləyib. Bu da Azərbaycanın əsas gəlir mənbəyi olan neftin qiymətinin aşağı düşməsi ilə əlaqədardır. Neftin qiyməti aşağı düşdü və bu da şirkətlərə təsirini göstərdi. Buna görə də klublara güzəştlər etməyə qərar verdik. I divizionda klublara maliyyə dəstəyi ayrı cür ediləcək. Klublara dəstək proqramı hazırlanacaq və bunu proqram şəklində həyata keçirəcəyik. Açıq deyəcəyəm, tutaq ki, Tovuz və Şəmkir klublarına neçə ildir dəstək olunsa da, son illərdə orda bir futbolçu yetişməyib. Bu olmasın deyə, klublara maliyyə dəstəyi proqramlaşdırılacaq. Hərəsinin qarşısına meyarlar qoyulacaq ki, ictimai birliklər rayonlarda öz klublarını düzəltsinlər və onlara maliyyə dəstəyi olsun. Klublara göstərdikləri nəticəyə və oyunçu yetişdirməsinə əsasən, maliyyə dəstəyi ayrılacaq. Klublar ictimailəşməli, bir iş adamından asılı olmamalıdır. Bu yöndə işlər artıq aparılır. “Neftçi” və “Kəpəz” komandaları artıq ictimai təşkilatdır. İctimailəşmiş klublar daha keyfiyyətli olacaqlar. Belə olanda klubun təmsil etdiyi şəhər, rayon onu sevir. Hətta Almaniyada da klublar ictimailəşib. Məgər Almaniyada futbol zəifdir? Regionlarda ictimailəşmiş klublar AFFA tərəfindən idarə olunmayacaq”.
 
Apasport-un məlumatına görə, R.Abdullayev Fransada keçirilən Avropa Çempionatında SOCAR-ın reklamının yerləşdirilməsinə də münasibət bildirib:
 
“Avropa Çempionatında SOCAR-ın reklamının olunması böyük şeydir. Bu, kommersiya məqsədlidi və uğurlu olacaq. Bunu böyük çətinlik hesabına rəqabətdən qalib ayrılaraq etmişik. SOCAR-ın, Azərbaycanın adının orda yazılması böyük uğurdur”.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org