SOCAR Rusiyadan dizelin tedarukune basladi


[r32]
– xeber –
“SOCAR Ukraine” Ticarət Evi Böyük Britaniyanın vasitəçi şirkəti – “LVK Centre Limited” vasitəsilə Rusiyanın “Qazprom Neftexim Salavat” şirkətindən dizel yanacağı tədarük etməyə başlayıb.
Report xəbər verir ki, hazırda ilk 700 ton həcmində yanacaq tədarük edilib.
“SOCAR Ukraine” şirkətinin mətbuat xidmətindən “Report”un yerli bürosuna bildirilib ki, bu müqavilə Ukrayna bazarında məhsulun digər tədarükçüsünün inhisarçı mövqeyini aradan qaldıraraq dizel yanacağının tədarükünün şaxələndirilməsinə imkan yaradır.
Bazar üç il ərzində ilk dəfə olaraq kənd təsərrüfatı, nəqliyyat sektoru, ağır sənaye kimi sahələr tərəfindən tələb olunan əlavə mənbədən resurs alıb. Nəticədə Ukraynada rəqabətqabiliyyətli məqbul qiymət alan yanacağın son istehlakçısı qazanır.
“Satınalma prosesi və müqavilə beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilib”, – şirkətdən vurğulanıb.
Şirkətdən həmçinin qeyd olunub ki, “LVK Centre Limited” şirkəti ilə əməkdaşlıq "win-win" yanaşmasının təcrübədə tətbiqinin bariz nümunəsidir.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org