21:27 – xeber – SOCAR bu ilin may ayında Novorossiysk limanından 79 963 ton xam neft ixrac edib.
Axar.az SOCAR-ın saytına istinadən xəbər verir ki, bu, ötən ilin may ayı ilə müqayisədə 2,12 dəfə azdır.
Ümumilikdə, bu ilin yanvar-may ayları ərzində Novorossiysk limanından 319 499 ton xam neft ixrac edilib ki, bu da 2015-ci ilin 5 ayı ilə müqayisədə 2,12 dəfə azdır.
SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.