SOCAR istiqrazlarla bagli ohdelik goturdu

16:53 – xeber – Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Bakı Fond Birjası" QSC-nin (BFB) üzv olan “PSG Kapital İnvestisiya Şirkəti” QSC vasitəsi ilə “SOCAR istiqrazları” (ISIN: AZ2001019895) üzrə təkrar bazarda gündəlik olaraq alış və satış öhdəliyi götürüb.
 
BFB-dən Axar.az-a verilən məlumata görə, investorların təkrar bazarda satışa çıxarıdıqları istiqrazların likvidliyi tam həcmdə BFB-nin ticarət reqlamentinə uyğun olaraq birja üzvünün təqdim etdiyi kotirovkalar vasitəsi ilə SOCAR tərəfindən təmin olunacaq.
 
Bu o deməkdir ki, istiqraz sahibləri ödəniş müddətinin sonuna qədər (5 il) gözləməyə məcbur deyillər, hər an istiqrazlarını BFB-də geri satıb, yatırılan vəsaitlərini götürə bilərlər.
 
Eyni zamanda, istiqrazlar üzrə market-meyker qismində çıxış edən “PSG Kapital İnvestisiya Şirkəti” QSC tərəfindən BFB-də gündəlik olaraq maksimal 5%-lik qiymət dəhlizi (alış və satış qiymətləri arasındakı fərq) ilə alış və satış qiymətləri (kotirovkaları) təqdim ediləcək. Təqdim olunan kotirovka qiymətlərinin istiqrazların nominal qiymətindən aşağı olmayacağına emitent təminat verib.
 
Mövcud qanunvericiliyinə uyğun olaraq, geri satınalma öhdəliklərinin icrasına istiqrazların ilkin yerləşdirilməsindən sonra başlanacaq.
 
Market-meyker kotirovkaları Bakı Fond Birjasının elektron ticarət sistemində gündəlik olaraq saat 10:00-dan etibarən təqdim ediləcək və həmçinin BFB-nin veb-səhifəsində dərc olunacaq.
 
( http://www.bfb.az/about-markets/market-meyker-kotirovkalari )

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org