“SOCAR hec bir layihesinden imtina etmeyib”

17:53 – xeber – Dünya bazarında neftin qiymətinin azalmasına baxmayaraq Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) heç bir layihəsindən imtina etməyib.
 
Report xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev 20 sentyabr – Neftçilər günü münasibətilə keçirilən tədbirdə bildirib.
 
O qeyd edib ki, həyata keçirilən layihələrin başa çatdırılması ölkəyə milyardlarla dollar gəlir gətirəcək.
 
R.Abdullayev neft-qaz sektorunda çalışanları peşə bayramı münasibətilə təbrik edib, 22 il öncə imzalanmış, "Azəri-Çıraq-Dərinsulu Günəşli" yataqlarının işlənməsi üzrə Hasilatın Pay Bölgüsü haqqında sazişin əhəmiyyətindən, bu illərdə qazanılan uğurlardan danışıb. O, həmçinin "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi üzrə sazişin 20 illiyinin qeyd olunduğunu, yataqdan indiyədək 75 mlrd.kubmetr qaz, 19 mln.ton kondensat hasil edildiyini, hazırda "Şahdəniz-2" layihəsi üzrə işlərin qrafikə uyğun uğurla irəlilədiyini qeyd edib.
 
SOCAR prezidenti şirkətin ölkədə və ölkədən kənarda həyata keçirdiyi irimiqyaslı layihələrdən də danışıb, rəhbərlik etdiyi şirkətin aktivlərinin 40 mlrd.manata çatdığını bildirib.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org