SOCAR Fransa sirketi ile muqavileler imzaladi – Foto

01:00 – xeber – Mayın 3-də Heydər Əliyev adına neft emalı zavodunda (NEZ) yenidənqurma və modernləşdirilməsi layihəsinin reallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində zavod ilə Fransanın “Air Liquide” şirkəti arasında lisenziya, mühəndislik və zəmanət müqavilələri imzalanıb.
 
Axar.az SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə SOCAR-ın emal üzrə vitse-prezidenti David Məmmədov, şirkətin strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov, “Air Liquide” şirkətinin qlobal mühəndislik və tikinti məsələləri üzrə vitse-prezidenti Domeniko de Eliya, şirkətin rəhbər nümayəndələri Jörq Ot və Benjamin Buqeat, eləcə də Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin (NQENKK), “SOCAR KBR” şirkətinin nümayəndələri iştirak ediblər. Müqaviləni Heydər Əliyev adına NEZ-in direktoru Elman İsmayılov və “Air Liquide” şirkətinin qlobal mühəndislik və tikinti məsələləri üzrə vitse-prezidenti Domeniko de Eliya imzalayıblar.
 
Mərasimdə Heydər Əliyev adına NEZ-in yenidən qurulması layihəsindən ətraflı söz açılıb, imzalanan sənədin əhəmiyyəti vurğulanıb. Müqaviləyə əsasən, layihə çərçivəsində tələb olunan yüksək saflıqlı hidrogenin (həcmə görə minimum 99,9 faiz) təchizatının təmin edilməsi məqsədilə “Air Liquide” şirkəti zavodun ərazisində yeni hidrogen istehsalı qurğusunun inşasına cəlb ediləcək. Sənədin imzalanması ilə hidrogen istehsalı üzrə ixtisaslaşmış “Air Liquide” şirkəti layihə üzrə icra qrafikinə uyğun olaraq, texnoloji layihələndirmə paketinin (PDP) hazırlanması işlərinə başlayacaq.
 
Baş ofisi Parisdə yerləşən “Air Liquide” şirkəti sənaye qazlarının istehsalı və tədarükü, sənaye qazlarının istehsalı obyektlərinin mühəndisliyi, təchizatı, tikintisi üzrə ixtisaslaşan və müxtəlif xidmətlər üzrə dünyanın aparıcı qurumlarındandır.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org