SOCAR-dan dehsetli kiberhucumla bagli – Aciqlama

10:42 – xeber – Azərbaycan qazının iki həftə ərzində Türkiyə əvəzinə Rusiyaya nəql edilməsi ilə bağlı yayılan məlumatlar əsassızdır.
 
Bu sözləri Axar.az-a SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev deyib.
 
Onun sözlərinə görə, qaz kəmərlərinin idaretmə mərkəzində heç bir problem yaranmayıb:
 
“Hakerlərin Azərbaycan qazını iki həftə ərzində Türkiyə əvəzinə Rusiyaya nəql etməsi ilə bağlı yayılan məlumatlar tamamilə əsassızdır. Qaz kəmərlərinin idaretmə mərkəzində heç bir problem yaranmayıb, bu gün də yoxdur”.
 
Xatırladaq ki, Çexiyanın “Praqa Deyli Monitor” qəzeti hakerlərin Azərbaycan qazının nəqli istiqamətini dəyişdirdiklərini iddia edib. İddiaya görə, Azərbaycan qazı iki həftə ərzində Türkiyə əvəzinə Rusiyaya nəql edilib.
 
Qəzetin yazdığına görə, Azərbaycan qaz kəmərinə haker hücumu haqda Çexiyanın kiber təhlükəsizlik strategiyası konsepsiyasının müəllifi Ales Şpidla danışıb. Mütəxəssisin bildirdiyinə görə, qazın nəqli istiqamətini yenidən dəyişdirmək üçün iki həftə vaxt lazım olub. Şpidla bu haker hücumunun nə vaxt baş verdiyini deməyib.
 
ANS-in məlumatına görə, Ales Şpidla super dövlətlərin kiberhücumlarla başqa ölkələrdən məxfi məlumatları ələ keçirdiyini deyib. O, gələcəkdə həmin dövlətlərdə kiber-hücumlarla xaos yaratmaq imkanlarını araşdırdığını bildirib:
 
“Çində kiberhücumlar və casusluqla məşğul olan xüsusi hərbi bölmənin 50 minə yaxın personalı var. Rusiya da irimiqyaslı haker hücumları həyata keçirir. Gürcüstan və Estoniyadakı haker hücumlarının izləri Rusiyaya aparır. Voronejdə bu işlə məşğul olan mərkəz fəaliyyət göstərir və 12 min mütəxəssis bu mərkəz üçün işləyir. Kiberhücumların köməyi ilə asanlıqla cəmiyyətlərdə çaxnaşma yaratmaq və dövlət institutlarını diskreditə etmək mümkündür. Bunun üçün sosial ödənişlər sistemini bir neçə həftə bloklamaq kifayət edər. Xüsusə də ən həssas sahələr energetika, qaz kəmərləri, su resurslarının idarə edilməsi, informasiya sistemləridir”.
 
Məsələ ilə bağlı araşdırmalar davam edir.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org