SOCAR-AQŞ mukafatlandirildi

21:49 – xeber – İyunun 8-də "Caspian Energy Award – 2016" və "Caspian Business Award – 2016" 13-cü Beynəlxalq mükafatının təqdimetmə mərasimi keçirilib.
 
SOCAR-AQŞ-dən Trend-ə verilən məlumata görə, mərasimdə bir sıra yerli dövlət və özəl sektor təmsilçiləri ilə yanaşı, respublikamızda fəaliyyət göstərən diplomatik və beynəlxalq missiyaların rəhbərləri də iştirak ediblər.
 
SOCAR-AQŞ bu il "Caspian Business Award – 2016" mükafatına layiq görülərək "İlin qazma şirkəti" elan edilib.
 
Mükafatı qəbul edən SOCAR-AQŞ-nin baş direktorun müavini, baş geoloq İftixar Qasımov bildirib ki, "Caspian European Club" və "Caspian Energy International Media Group"un təsis etdiyi beynəlxalq mükafat yerli müəssisələrin inkişafında böyük rol oynayır: "Bu mükafat bizim üçün önəmlidir və əldə edilmiş uğurlar bizi yeni nailiyyətlər əldə etməyə ruhlandırır".
 
SOCAR-AQŞ ardıcıl olaraq 2011, 2012 və 2013-cü illərdə də "Caspian European Club"un təsis etdiyi "İlin qazma şirkəti" mükafatına layiq görülüb.
 
Qeyd edək ki, "Caspian Energy Award" və "Caspian Business Award" beynəlxalq mükafatları dünyanın 50 ölkəsində keçirilən internet sorğusunun nəticələrinə əsasən, Xəzər Qara dəniz və Baltik regionlarında iqtisadiyyatının inkişafına verilən töhfələrə görə siyasi xadimlər, dövlət məmurları, diplomatik nümayəndələrə, dövlət və özəl şirkətlərin rəhbərlərinə təqdim olunur.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org