10:33 – xeber – “Fiç” beynəlxalq reytinq agentliyi Braziliyanın kredit reytinqini “BB”-dən “BB+”-a salıb.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumat şirkətin saytında yerləşdirilib. Reytinqin enməsinə əsas səbəb iqtisadi tənəzzül, hökumətin dövlət maliyyəsinin perspektivlərini stabilləşdirə bilməməsi, siyasi qeyri-müəyyənlik səviyyəsinin qalxmasıdır.
Qeyd edək ki, son günlər Braziliyada siyasi böhran pik səviyyəyə çatıb. Müxalifət ölkə prezidentinin istefaya getməsini tələb edir.