Şirvan parkinda 13 eded herbi sursat tapildi

20:10 – xeber – Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) oktyabrın 4-də Ağdam,  Xocavənd və Salyan rayonlarında partlamamış hərbi sursatlar (PHS) aşkarlayıb.
 
ANAMA-dan Axar.az-a verilən məlumata görə, Ağdam rayonunun Əhmədağalı kəndi ərazisində əkin sahəsində 1 ədəd partlamamış F1 əl qumbarası aşkar edilərək götürülüb.
 
Xocavənd rayonu ərazisində əkin sahəsində isə partlamamış 152 mm-lik top mərmisi (OF-530) aşkarlanıb.
 
Salyan rayonunda Şirvan Milli Parkının ərazisində 13 ədəd partlamamış hərbi sursat (PHS) (1 ədəd 100 mm-lik top mərmisi (BR-412), 1 ədəd 100 mm-lik (PBR-412), 1 ədəd 57 mm-lik top mərmisi (O-271), 1 ədəd 85 mm-lik top mərmisi (O-365), 1 ədəd 45 mm-lik top mərmisi (BR-243), 2 ədəd 100 mm-lik top mərmisi (OF-412), 5 ədəd 37 mm-lik top mərmisi (OR-167) və 1 ədəd PQ raketinin mühərrik hissəsi) aşkar edilərək götürülüb, nəticə etibarilə 5 000  kv.m ərazi yoxlanılıb.
 
Ümumilikdə, Agentlik tərəfindən 7 aprel – 04 oktyabr 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində  646 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu, 1 qoruq ərazisi və 1 çınqıl karxanası ərazisinə baxış keçirilmiş, 3 528 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 42 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org