Siqarete gore mağaza soydular

31 Dekabr 2015 10:46 – xeber –
Ötən gecə üç nəfər silahlı çəxs Sankt-Peterburqda ərzaq mağazasını soyub.
Olkem.az anspress-ə istinadən bildirir ki, soyğunçuların qəniməti kassada olan 50 min rubl (1 080 azn) və bir kisə siqaret olub.
Soyğunçuluq anı mağazada olan müşahidə kamerasına düşüb. Kadrlardan göründüyü kimi üç nəfər üzü açıq şəxs növbə ilə mağazaya girirlər. Birinci cinayətkar telefonla danışaraq əvvəlcə terminala yaxınlaşır. Bir neçə dəqiqə sonra onun şərikləri gəlirlər. Soyğunçulardan biri satıcını tapançayla hədələməyə başladığı zaman iki nəfər bu anda polietilen torbaya malları yığmağa başlayır. Gecə "alıcılarını" əsasən kassada olan gəlir və siqaretlər maraqlandırıb. Onları götürən oğrular yavaş-yavaş mağazanı tərk ediblər.
"Onlar özünü mağaza sahibi kimi aparırdılar. Kassadan 50 min rubl gəliri və 15 – 20 min rubl dəyərində siqaretlər oğurladılar",- deyə satıcı bildirib. Hazırda polis soyğunçuların axtarışına başlayıb.
Analoji hadisə bu il mart ayında Rusiya paytaxtı Moskvada baş verib. İki nəfər erməni millətindən olan şəxs dükanı yardıqdan sonra yaxalanmışdı. Onlar mağazada olan müşahidə kamerasına düşdüyündən polis onları asanlıqla ələ keçirib.

mənbə : milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org