Siniq Korpude elillerin kartof "qiyami" – Foto


[r32]
– xeber –
Mayın 2-də bir qrup əlil Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda asayişi pozmağa cəhd göstərib.
Dövlət Gömrük Komitəsindən (DGK) Axar.az-a verilən məlumata görə, minik avtomobilləri ilə Gürcüstandan Azərbaycana kommersiya məqsədi ilə kartof gətirən bu şəxslərin idarə etdikləri nəqliyyat vasitələrinə gömrük baxışı keçirilib.
Yoxlama zamanı gömrükçülər hər bir avtomobildə 100 kiloqramdan artıq kartof yükünün olduğunu müəyyən edib və minik avtomobillərinin sahiblərinə qanunvericiliyin tələblərini xatırladaraq hər bir Azərbaycan vətəndaşının şəxsi istifadə üçün bir təqvim ayı ərzində 30 kiloqram ərzaq məhsulunu güzəştli qaydada ölkəyə gətirə biləcəyini diqqətə çatdırıblar.
Ancaq həmin avtomobillərin sürücüləri gömrükçülərin və qanunun tələblərinə məhəl qoymadan vəzifə borcunu yerinə yetirən gömrük orqanı əməkdaşlarına qarşı qeyri-etik davranışlar nümayiş etdirməklə gömrük keçid məntəqəsinin fəaliyyətinə mane olmağa cəhd göstərib, asayişi pozmağa çalışıblar.
Asayişi bərpa etmək məqsədilə Tovuz Gömrük İdarəsinin rəhbərliyi əraziyə hüquq-mühafizə orqanlarının nümayəndələrini dəvət edib və asayiş bərpa olunub.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org