Sigorta tarifleri yeni quruma tapsirilir

11:32 – xeber – Milli Məclisin Aqrar siyasət Komitəsinin bugünkü iclasında "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında" qanuna təklif edilən dəyişiklik layihəsinə baxılıb.
 
Report-un məlumatına görə, sənəd barədə Komitə sədri Eldar İbrahimov məlumat verib.
 
Onun sözlərinə görə, kənd təsərrüfatında əmlak sığortasının subyektləri sırasına daha bir qurum qoşulub: "Belə ki, sığorta təşkilatlarının fəaliyyətinin tənzimlənməsi və onlara nəzarət müəyyən edildiyindən subyektlərin sırasına müvafiq icra hakimiyyəti orqanları ilə yanaşı, Maliyyə Bazalarına Nəzarət Palatası da əlavə edilib".

Bundan başqa, qanunda yer alan 6-cı maddənin 6.2-ci (hər bir sığorta hadisəsi üzrə sığorta haqqının hesablanması üçün istifadə olunan tarif müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş maksimum sığorta tarifindən çox ola bilməz) və 8.1.2-ci (sığorta tariflərinin maksimum həddini müəyyən etmək) bəndləri ləğv edilib.

Bildirilib ki, sığorta tariflərinin tənzimlənməsi işinin qeyri-dövlət orqanı olan Maliyyə Bazarlarına Nəzarət Palatasına həvalə edilməsi nəzərdə tutulur. Məqsəd – sığorta tariflərinin tənzimlənməsi işində sistemliyi və operativliyi təmin etməkdir.

Qeyd edək ki, qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org