Seymur Baycan qadinlardan ne isteyir? – Polemika

11:23 – xeber – Şəms Təbrizi: “Uca Tanrım məni o qədər sevir ki, istədiyim şəkildə yanıma gəlir və bu an da Kimya xatun (Şəmsin qadını) şəklində gəldi”.

Seymur Baycanı kim aldadıb? Düşünürəm ki, Seymur Baycanı “qurbağa”sı aldadıb. Bəs Seymur Baycan kimi aldadıb? Məsələn, Seymur Baycan romanlarındakı kimi məni aldada bilmədi. Səlist, təmiz nəsr dili kimi məni aldada bilmədi. Doğrudur, hərdən bir çoxlarını “qurbağasına” dolayıb aldada bilir, nə olsun? Bu ki ədəbi Hadisə yox, primitiv Elarizdən başqa bir şey deyil!
 
Niyə Seymur Baycan bizim qadınları səviyəsiz adlandırır? Deyim? Seymurun dəhşətli ağrıları var. Seymurun psixi obrazları, onu özünün yox, obrazlarının həyatını yaşamağa vadar edir. Seymur öz yaratdıqlarının qurbanına çevrilib.

Niyə əxlaq dəyərlərini rəzilliklə eyni sıraya qoyan seymur baycankimilərə züy tutanlar dərk etmirlər ki, Qərb qadının dırnaqarası özgürlüyü “bondage sex” ayinlərinin uçurumundan yuvarlanmaqdadır? Buna özgürlük deyirsiniz, yoxsa inkişaf? Xiyarla “sevişməyin” nəyi inkişafdır?

Qərb qadınlarından fərqli olaraq Şərq qadınları İlahlıq və qutsallıq məqamından rəzillik məqamına endirilməyiblər. Məhəllədən keçən qızların namusuna sahib çıxan müsəlman-şərq kişiləri, məhşurluq naminə öz arvadı ilə porno görüntülərini yayımlayan avropalı kişilərdən tamam fərqlidir.

İslamda bir deyim var – “Tanrı qısqancdır”. Doğrudur, o, özündən başqa heç kəsdən həzz alınmasına razı olmur və qadınların timsalında özü həzz alan kimi daim mövcuddur. Hindlilərin Tanrıya Krişna, yəni ən böyük həzz alan demələrinin də mənası heç şübhəsiz bununla bağlıdır. Çünki bütövlük bir-birindən heç bir notunun ayrılması mümkün olmayan Tanrının qısqanc rəqsidir. Məhz buna görə, dahi sufi mürşidi İbn Ərəbi “Qadın və kişinin qucaqlaşmasından böyük qovuşma yoxdur” (Ana və oğul münasibətləri də bu qəbildəndir) deyirdi. İbn Ərəbi kimi böyük sufi filosofu Məhəmməd peyğəmbərin qadınlara olan sevgisinin altında bu sirrin dayandığını söyləmişdi. Çünki Tanrı qadında çox mükəmməl şəkildə müşahidə edilməkdədir.
 
Şərq qadını hər zaman yüksək məqam sahibi olub. Talmud əfsanələrində cin qövmündən olan özgür qadın Lilit, Altay miflərində Akana, Humay ana. Şumerlərdə İnanna, Babil miflərində İşdar, qədim hind Miflərində Şiva, ərəb miflərində Əl-Lat, Əl-Uzza və sairə.

Bəs Qərb qadını? Qərb qadını freskalarda lüt-üryan boynunu büküb onları təhqir edənlərin halına acıyır, yoxsa hiddətlənir? Bəlkə Qərb qadını 17-ci əsrə qədər İncilə toxunmağın qadağan edilməsinin acısını hələ də unutmayıb? Hansı səbəbdən Qərb qadınları Liliti özgürlük simvolu edib?

Çoxlu suallar var və bu suallara cavab verəcək seymurlar da az deyil.

Müsəlman-Şərq qadını övladı üçün yanan ana, ailə məbədinin mühafizəçisi (Məbədləri qoruyan səma tanrıçası Əl-Lat) və ən nəhayətində gecənin özgür çağırışıdır (Gecə İlahəsi Leyla, qədim türk miflərində Lalə).
 
Kim nə deyir-desin, mənim üçün qadın ölümsüzdür. Ən azından, doğmağı bacardığına görə. Dostum Aqşin Evrən düz deyir: “Qadın ölmür, ölüm özü qadınlaşır”.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org