Seudiyye nesrinde Azerbaycan heqiqetleri – Foto

00:10 – xeber – Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Rasim Rzayev bu ölkənin “Əl-Həyat” qəzetində ərəb dilində geniş müsahibə ilə çıxış edib.
 
AzərTac xəbər verir ki, “Azərbaycan səfiri: Səudiyyə Ərəbistanı müstəqilliyimizi tanımış ilk dövlətlərdən biridir” sərlövhəsi ilə dərc olunan müsahibədə 1918-ci ildə müsəlman Şərqində qurulmuş ilk dünyəvi, demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən və Cümhuriyyət rəhbərlərinin xidmətlərindən, XX əsrin sonlarında dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycanın əldə etdiyi uğurlardan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sosial-iqtisadi inkişafından, əhalinin rifahının yaxşılaşdırılması istiqamətində aparılan iqtisadi islahatlardan danışılıb.
 
Səfir 24 il öncə Azərbaycan və Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələrin qurulması, ikitərəfli əlaqələrin siyasi, mədəni, humanitar, iqtisadi və digər sahələrdə intensiv şəkildə inkişafı, əldə olunmuş uğurlar və neft-qaz sahəsində imzalanmış sazişlər, eləcə də səfirliyimizin bu illər ərzində göstərdiyi fəaliyyətdən bəhs edib. O, həmçinin ərəbdilli oxuculara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ətraflı məlumat verərək qeyd edib ki, beynəlxalq təşkilatlar çərçivəsində Səudiyyə Ərəbistanı rəhbərliyi tərəfindən Azərbaycanın haqlı mövqeyi daim dəstəklənir, münaqişə ilə bağlı bu ölkə və İslam Əməkdaşlıq Təşkilatı prinsipial mövqe nümayiş etdirir. Oxucuların diqqətinə çatdırılır ki, ölkəmizin ərazisinin 20 faizi hələ də təcavüzkar Ermənistan tərəfindən işğal altında saxlanılır, bir milyondan artıq soydaşımız doğma yurd-yuvasından didərgin salınıb.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org