ŞET Azerbaycanla dialoq uzre terefdasliq statusunu teqdim etmek haqqinda memorandumu imzalamağa hazirdir

29 Dekabr 2015 07:37 – xeber –
"Şanxay Əməkdaşlıq Təşkilatı Azərbaycanla dialoq üzrə tərəfdaşlıq statusunu təqdim etmək haqqında memorandumu imzalamağa hazırdır".
Olkem.az APA-ya istinadən xəbər verir ki, bunu Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Dmitri Mezentsev TASS agentliyinə müsahibəsində bildirib.
 
Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşünün detallarına dair verdiyi müsahibədə təşkilat rəhbəri nazirlə görüşdə müşahidəçi dövlətlərlə, ŞƏT-lə dialoq üzrə tərəfdaşlarla bağlı mövzunun müzakirə olunduğunu da qeyd edib: "Müşahidəçi dövlətlərlə qarşılıqlı fəaliyyətin yeni səviyyəyə çatdırılmasına nail olunub. Misal üçün, Çinin Çjençou şəhərində hökümət başçılarının "6+6" formulunda baş tutan görüşündə Belarus ilk dəfə müşahidəçi qismində ümumi müzakirələrdə bərabərhüquqlu iştirakçı kimi iştirak edib. Mən naziri gələn ilin əvvəlində Şanxay Əməkdaşlıq Təşkilatının Azərbaycan, Ermənistan və Nepalla dialoq üzrə tərəfdaşlıq statusunu təqdim etmək haqqında memorandumu imzalamağa hazır olduğu barədə məlumatlandırdım. Bununla yanaşı qeyd etdim ki, Şanxay Əməkdaşlıq Təşkilatı ailəsində dialoq üzrə əməkdaşlıq statusunda ilk memorandum bu ilin payızında Kamboca Krallğı ilə imzalanıb".

mənbə : milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org