Serxos surucunun yandirdigi masinlarin – Fotolari

10:07 – xeber – Ötən gecə Abşeron rayonunda Baş Dövlət Yol Polis İdarəsinin 15 saylı cərimə meydançasında avtomobil yanıb. Daha sonra yanan avtomobilin alovu digər 3 maşına keçib. Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb edilib. Alovun digər avtomobillərə keçməsinin qarşısı alınıb.
 
Hadisənin dəqiq səbəbini öyrənmək üçün Musavat.com-un əməkdaşı həmin cərimə meydançasında olub.
 
Məlum olub ki, yanğın təsadüfən baş verməyib. Yol patrul xidməti əməkdaşlarının keçirdiyi reyd zamanı məlum “Kraysler” markalı avtomobilin sürücüsü Elnur adlı şəxs sərxoşdur. Onun  avtomobili cərimə meydançasına gətirilib. Sürücü isə bununla razılaşmayıb.
 
Cərimə meydançasının əməkdaşlarının dediyinə görə, “Kraysler”in sürücüsü öz avtomobilini benzin tökərək yandırıb. Nəticədə onun öz avtomobilinə, eləcə də, “Mersedes”, “Mitsubişi” markalı digər avtomobillərə ciddi ziyan dəyib. “Ford” markalı yük maşını da qismən yanıb.
 
Hadisə ilə bağlı dərhal əraziyə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları gəlib. Sürücü saxlanılaraq, idarəyə aparılıb. Məlum olub ki, onun heç sürücülük vəsiqəsi də yoxdur və sərxoş halda  qardaşına məxsus avtomobili idarə edib.
 
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib ki, baş verən hadisəyə görə cərimə meydançası heç bir məsuliyyət daşımır. Çünki anlaqsız vəziyyətdə olan sürücü polis əməkdaşlarını aldadaraq avtomobildən şəxsi əşyalarını götürmək üçün icazə istəyib. Ancaq o şüşə qabdakı yanacağı avtomobilinin üzərinə töküb və nəqliyyat vasitəsinə od vurub.
 
Sərxoş halda öz avtomobilinə od vuran şəxs barəsində Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org