14:00 – xeber – NATO Polşada Anakonda–2016 hərbi təliminə başlayıb.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, təlimdə 18 NATO üzvü və 5 “Sülh naminə əməkdaşlıq” proqramının üzvü olan ölkədən 31 min hərbçi iştirak edəcək. 7 iyunda başlayacaq təlim 17 iyunda başa çatacaq. Təlimə həmçinin 3 min hərbi texnika, 105 təyyarə və vertolyot, eləcə də 12 hərbi gəmi cəlb olunacaq.
Qeyd edək ki, “Anakonda” hərbi təlimləri 2006-cı ildən bu yana keçirilir.