Serksiyan olkesini o gune hazirlayir – Analitik

11:50 – xeber – Son zamanlar Sərkisyanın Petrosyanla məsləhətləşmələr aparması və əzəli düşmənlər arasındakı bu yaxınlaşma, əslində, vaxtilə Azərbaycanla mümkün kimi görünən razılaşmanın məqamları ilə də bağlı ola bilər. 
 
Bu sözləri Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu deyib. Onun sözlərinə görə, Sərkisyan hazırda nəinki baş verənlər, hətta yaxın gələcəkdə olacaqlarla bağlı məsuliyyəti tək bölüşmək istəmir:
 
“Petrosyanla görüşün arxasında da məhz bu amil dayanır. Maraqlı nüans odur ki, Levon Ter-Petrosyan məhz Azərbaycanla razılaşma reallaşacağı zaman çevrilişlə hakimiyyətdən salındı və həmin vaxt iqtidara gələn komandanın tərkibində hazırkı prezident də var idi. Son zamanlar Sərkisyanın Petrosyanla məsləhətləşmələr aparması və əzəli düşmənlər arasındakı bu yaxınlaşma əslində, vaxtilə Azərbaycanla mümkün kimi görünən razılaşmanın məqamları ilə də bağlı ola bilər. Ermine Naqdalyanın açıqlaması isə Ermənistanın mövcud siyasi rejimindən narazı olan daxili auditoriyanın nəbzini yoxlamaq kimi qiymətləndirilə bilər. Diqqət edin, buna paralel olaraq, Ermənistan Dağlıq Qarabağda kök salmış qondarma rejimin tanınması proseduruna da start verdi. Baxmayaraq ki, bu tanımanın özü də real görünmür və siyasi blef rolunu oynayır”.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org