Serkisyanin mafiya ile elaqeleri ortaya cixdi – Şok faktlar

18:19 – xeber – Ermənistan prezidenti Serj Sərkisyanın ABŞ-dakı mafiya qruplaşması ilə yaxın əlaqələri ortaya çıxıb.
 
Publika.az “Armenia Today”-ə sitinadən xəbər verir ki, S.Sarkisyanın mafiya əlaqələrini Ermeni Milli Konqresinin  koordinatoru Levon Zurabyan ifşa edib.
 
L.Zurabyan bildirib ki, Ermənistan prezidenti Serj Sərkisyanın 1998-ci ildən ABŞ-ın Los Anceles şəhərində fəaliyyət göstərən “Pzo” ləqəbli ermeni mafiya başçısı Armen Kazaryanla sıx əlaqələri mövcuddur. Onun sözlərinə görə, Armen Kazaryan Serj Sərkisyanın “Saşik” ləqəbli qardaşı Aleksandr Sərkisyanın Amerikadakı biznesini idarə edir: “Armen Kazaryan ABŞ-da 35 milyon dollarlıq dələduzluq hadisəsi ilə gündəmə gəlmişdi. Serj Sərkisyan zaman-zaman bu mafiozdan öz hakimiyyətinin möhkəmləndirmək üçün istifadə edib. Ermənistanın keçmiş daxili işlər naziri Vano Sıradyeryan 1996-cı ildə mafiyaya qarşı sərt mübarizə aparan zaman, Armen Kazaryan ABŞ-a qaçmışdı. Ancaq Robert Koçəryan, daha sonra Serj Sərkisyan hakimiyyətə gələn kimi, bu mafiozun ulduzları parlamağa başladı”.
 
L.Zurabyan qeyd edib ki, Serj Sərkisyan ona müxalif olan şəxsləri Armen Kazaryan vasitəsi ilə aradan götürüb: “Bu gün isə Serj Sərkisyan özü təhlükəli mafioza çevrilib və dövləti də mafiya kimi idarə edir. Çünki özü mafiya iqtidarı qurub”.
 
L.Zurabyan Armen Kazaryanın təkcə Serj Sərkisyan hakimiyyətinə deyil, bundan öncə də Koçaryan iqtidarı ilə yaxın əməkdaşlıq etdiyini bəyan edib:

“Armen Kazaryanın Ermənistanın sabiq prezidenti Robert Koçəryanla da sıx əlaqələri var idi. Bundan sonra isə Sərkisyanla əlaqələrini davam etdirdi. Hətta, 2008-ci ilin prezident seçkiləri zamanı Armen Kazaryan Serj Sərkisyanın rəqibi olmuş Levon Ter-Petrosyana qarşı cinayətlər işləmişdi. Sərkisyan Ter-Petrosyanın fəal tərəfdarlarını məhz Armen Kazaryanın vasitəsilə aradan götüzdürürdü”.
 

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org