Serkisyan Moskvaya niye yalvarirmis? – PA resmisi

11:12 – xeber – Serj Sərkisyan düşünür ki, nə desə, hamı inanacaq. Abır-həya etmədən yalan danışmağa vərdiş etdiyindən Astanada Avrasiya İttifaqı ölkələrinin sammiti ətrafında müzakirələr aparmaq əvəzinə, bəyanat verir ki, Azərbaycan döyüş əməliyyatını dayandırmaq üçün Moskvaya müraciət edib. Bu qədər mənasız və yalan danışmaqla, o, heç xalqı qarşısında da məsuliyyət daşımadığını, riyakarlığa alışdığını göstərir.
 
APA-nın məlumatına görə, bunu Prezident Administrasiyası rəhbərinin müavini, Prezident Administrasiyası Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Ermənistan prezidenti Serj Sərkisyanın Astanada verdiyi bəyanata münasibət bildirərkən deyib.
 
N. Məmmədov deyib ki, aprel hadisələri zamanı S.Sərkisyan özü Moskvaya müraciət edərək yalvarıb, Rusiya müdafiə naziri və Baş Qərargah rəisi ilə əlaqə saxlayıb: “Serj Sərkisyan bütün bunları unudub, belə bir bəyanat verir”.
 
N. Məmmədov S.Sərkisyanın bundan əvvəl “Blumberq” dərgisinə müsahibəsində isə hər an müharibəyə başlayacağını söylədiyini xatırladıb:
 
“O, işğal faktını, törətdiyi cinayətlərin məsuliyyətini öz üzərinə götürdüyü üçün düşünür ki, hər an müharibə ola bilər. Amma prezident gərək xalqının, ölkəsinin taleyini düşünsün, hər şeyi öz maraqlarına qurban verməsin. Serj Sərkisyan isə bunun əksini edir, öz mənafeyi naminə "status-kvo"nu saxlamağa çalışır. Yalan, böhtan uydurmaqdan sanki həzz alır. Eyni zamanda “Blumberq”ə müsahibəsində dediyi kimi, hərdən müharibənin başlana biləcəyini də düşünür. O bilməlidir ki, Azərbaycanın işğal altındakı əraziləri azad olunmalıdır. Biz istəyirik ki, o torpaqlar danışıqlar yolu ilə azad olunsun. Əks halda, Serj Sərkisyanın dediyi yolla da olsa, torpaqlarımızı azad edəcəyik”.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org