Serkisyan danisiqlardan ona gore qacir ki… – Şerh


[r32]
– xeber –
Moskva görüşü nəticəsiz qalacaq, çünki İrəvan hələ də sülh prosesindən və kompromislərin axtarışından yayınır.
Bu sözləri Axar.az-a Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşünü şərh edən politoloq Tofiq Abbasov deyib. Ermənistanın heç bir ehtiyat variantının olmadığını bildirən politoloq İrəvanın bu haqda heç düşünmədiyini də qeyd edib:
“Hakimiyyətdə olan erməni elitası işğalçı komandadır. Sərkisyan və onun yaxın ətrafı, eyni zamanda, Edvard Nalbəndyan da diplomat kimi bu prosesə cəlb olunub. Bunların əsas siyasi məqsədi Azərbaycan torpaqlarını zəbt etməkdir. Ermənistanın başında duran bu komandanın fəaliyyəti Dağlıq Qarabağ siyasi danışıqlar prosesini gülləbaran edir. Ermənilər Moskva görüşündən yayınmaq istədilər. Ancaq Rusiya siyasi və mənəvi cavabdehlik daşıdığından, bu, baş tutmadı. Həmsədrlər isə təmaslar qırılacağı təqdirdə müharibə ehtimalının artmasından ehtiyat edirlər. Azərbaycan kompromislərə hazırdır, ancaq bir şərtlə ki, torpaq məsələsi, ərazi bütövlüyü müzakirə obyekti ola bilməz”.
Politooloq qeyd edib ki, Ermənistanın əldə edəcəyi ən böyük qənimət sülhdür, çünki İrəvan müharibədən şiddətli şəkildə qorxur:
“Hazırda Ermənistanda keçid dövrüdür, prezident üsul-idarəsi ilə vidalaşırlar. İndi parlament üsul-idarəsinə keçmək üçün bunlara vaxt lazımdır. Çox güman ki, Sərkisyanın portfelində heç bir alternativ yoxdur, o, səlahiyyətləri bitənə qədər hakimiyyətini qoruyub saxlamaq istəyir. Ancaq əsas qayəsi hakimiyyətdən məğlubedilmiş şəkildə getməkdir. Sərkisyan rıçaqları öz varisinə verəcək və ona qədər də özünü qalib kimi aparacaq. Bu, açıq seçilir.
Belə başa düşürəm ki, Azərbaycan tərəfindən Ermənistana möhlət verilib və bu möhlət daimi ola bilməz. Emənistanda keçid dövründən sonra yeni sistem qüvvəyə mindikdə rəsmi İrəvan mütləq öz mövqeyini açıqlamalıdır. Bunun Madrid prinspiləri, Lavrov planı və ya həmsədrlərin vahid ortaq planı olacağı isə artıq ikinci dərəcəli məsələdir”.
Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşü aprelin 28-də Moskvada baş tutacaq.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org