Serjik Serkisyan kimin ogludur? – Muemma/Foto

23:27 – xeber – Ermənistan Prezident Serj Sərkisyanın sosial şəbəkələrdə komsomol biletinin fotosu yayılıb. 

Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, 1982-ci ildə verilən N 12000631 saylı komsomol bileti bir çox suallar doğurub. Belə ki, komsomol biletində 1954-cü ildə doğulan Sərkisyanın adı Serjik olaraq göstərilib, ən qəribəsi isə odur ki, “atasının adı” qrafası boş buraxılıb.

Bundan əlavə, bəllidir ki, Serjik Sərkisyan Xankəndidə doğulub, burda yaşayıb və işləyib. Sovet sistemində isə dəmir intizam vardı – kim harda yaşayıb-işləyirdisə, oradan da sənədini alırdı. Ona görə sual yaranır: necə olur ki, Sərkisyan komsomol biletini Ağdamdan alıb? Nəzərə alsaq ki, komsomol biletinin verilmə tarixi 1982-ci ildir, onda növbəti sual ortaya çıxır: 14 yaşı olarkən sovet uşaqlarının ucdantutma hamısı komsomola keçdiyi halda Sərkisyan niyə 28 yaşda bilet alıb?

“Exo Moskva” qəzetinin Baş redaktoru Aleksey Venediktov "48 dəqiqə" verilişinin 2009-cu il 22 aprel tarixli buraxılışında Levon adlı şəxsin SMS-ni oxumuşdu. Orda yazılmışdı: “Əvvəla, Serj yox, Serjik. O, Ermənistanın prezidenti deyil, hakimiyyəti qəsb edib. Diktator və ondan da artığıdır. Sərkisyan bir çox Qarabağ qəhramanlarının qatilidir. Onun Monte Melkonyanın da qətlində əli olduğu bildirilir. Ola bilsin ki, Melkonyanı şəxsən kürəyindən güllələyib” (Zəruri olaraq qeyd edək ki, beynəlxalq terrorçu Melkonyanı Azərbaycan əsgəri İbad Hüseynov məhv edib – red.)

Daha sonra Venediktov digər məqama diqqət çəkib. “Sərkisyan 1954-cü il 30 iyunda anadan olub. Atası İrəvan əsillidir, repressiya olunub. Görünür, o, Xankəndində gizlənirmiş və buna görə də Serjik ata adını komsomol biletində göstərməyib”.

Daha sonra Serjikin komsomolla yolu ayrılıb. Venediktov sözügedən müsahibəsində deyir ki, Sərkisyan Xankəndi şəhər komsomol komitəsinin sədri işləyib, ikinci katibi isə Robert Köçəryan olub. Daha sonra Sərkisyan Dağlıq Qarabağ Kommunist Partiyası birinci katibinin köməkçisi kimi çalışıb.

Bax, erməni liderin belə qaranlıq tərcümeyi halı var.
 

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org