Serbiya ugrunda Qerb-Rusiya savasi baslayir

10:09 – xeber – Serbiya müxalifətinin bir qismi hökumətdən NATO ilə əməkdaşlıqla bağlı referendum keçirilməsini tələb edib.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb. Müxalif “Qapılar” təşkilatı hökumətin NATO ilə əməkdaşlığını dayandırmasını tələb edib. Serbiya Xalq Partiyası da ölkədə referendumun keçirilməsini tələb edib:
 
“Parlament seçkilərindən sonra Serbiya Xalq Partiyası referendumun keçirilməsinin əsas təşəbbüskarı olacaq. Biz inanırıq ki, heç bir partiya xalqın demokratik seçimindən yayınmayacaq”.
 
Qeyd edək ki, bundan öncə Serbiya Prezidenti Tomislav Nikoliç NATO ilə ölkəsi arasında olan əməkdaşlıq müqaviləsini təsdiqləyib. Məhz bu, ölkədə bir sıra təşkilatların etirazına səbəb olub. Üstəlik, Serbiya Parlamenti fevral ayında NATO-ya öz ərazisindən logistik dəstəyin verilməsi ilə bağlı sənədi ratifikasiya edib. Qərbin Serbiyanı və digər Balkan ölkələrini öz içərisinə doğru çəkməsi Moskvanın kəskin müqavimətinə səbəb olur. Ölkədəki rusiyayönlü qüvvələr əsasən məhz bununla bağlı hazırkı hökumətə təzyiq etməyə çalışırlar.
 
Belqrad 2013-cü ildən etibarən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında müşahidəçi statusuna sahibdir. Bununla bərabər, Serbiya Parlamenti 2007-ci ildə ölkənin heç bir hərbi ittifaqa qoşulmaması haqqında qətnamə qəbul edib. 

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org