Senet adamlari gileylendi: ""Şok, sok" basligi bezdirib"

3 Mart 2016 08:08 – xeber –
Dünyada və ölkədə baş verən hadisələri insanlara mətbuat orqanları çatdırır. Baş verənlərdən daha tez məlumat tutmaq istəyənlər çap mediasına deyil, onlayn mediaya üz tutular. Çünki onlayn media məlumatı daha operativ çatdırmağa qadirdir, qəzetlər isə hadisədən sadəcə səhəri gün xəbər çatdırır. Bəs sənət adamları hansı qəzet və müəllifləri oxuyur? Onlar üçün internet yoxsa çap mediasını izləmək rahatdır?
Olkem.az xeber verir ki, musavat.com sənət adamları arasında sorğu keçirib və onların izlədiyi mətbu orqanların adını öyrənib.  
Xalq artisti Afaq Bəşirqızı eyni məlumatın bütün mətbuatda fərqli başlıqla yayımlanmasının  əleyhinədir: "Daha çox xəbər portallarını izləyirəm. Qəzetlərdən "Yeni Müsavat"ın xəbərlərini və bədii kitabları oxuyuram. Mətbuatdan narazılığım da var. Təəssüflər olsun ki, bir çox jurnalist həyatımızı şouya çevirib. Xəbər başlığının hamısı şou xarakterlidir, "Şok, şok" sözləri ilə diqqət çəkməyə çalışırlar. Xəbəri açıb oxuyanda heş bir məna kəsb etmədiyini görürsən. Bir mövzunu bütün xəbər portalları fərqli başlıq və fotolarla yayımlayır. Bu cür zəhlətökən xəbərlər milli mentaliteti,  səviyyəni aşağı salır. Bir çox mətbu orqanların əvəzinə xəcalət çəkirəm". 
Xalq artisti Rasim Balayev bildirib ki, daha çox rus qəzetlərini oxuyur:   "Komsomolskaya Pravda", "Arqumentı i faktı" hər zaman oxuduqlarımdır. Xüsusi izlədiyim müəllif yoxdur. Bəzən isə "Azadlıq" qəzetində yayımlanan xəbərlərə baxıram".
Xalq artisti Bilal Əliyev isə qeyd edib ki, əsasən onlayn medianı izləyir: "Qəzet oxusam da, əsasən, xəbər portallarını izləyirəm. Onlar arasında fərq qoymuram, çalışıram ki, daha çox məlumat toplayım. Təbliğat düzgün qurulmalıdır.  Xəbərlər elə təqdim olunmalıdır ki, ağıllı insanlar da dəli olmasın, gedib pis işlərə qoşulmasın".

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org