Senatorlar Putinin raketinden niye tesvise dusdu? – Şerh


[r32]
– xeber –
Putinin təqdim etdiyi yeni silahların hazırlanması üçün 20-30 il vaxt lazım olacaq.
Bunu Axar.az-a amerikalı senatorların ABŞ Dövlət katibi Reks Tillersona müraciət edərək, onun Moskva ilə təcili danışıqlara başlaması tələbini şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, senatorların təşvişə düşməsi üçün ciddi əsas yoxdur:
“Sadəcə olaraq, onlar hesab edirlər ki, sürətli silahlanmaya təkan vermək lazım deyil. Putin isə ölkəsinin “Sarmat” tipli nüvə mühərriki ilə işləyən yeni ballistik raketlər yaratdığını bəyan edib. Bu, əslində Amerikaya bir təzyiq xarakteri daşıyır. Ancaq gələcəkdə belə silahların yaradılması nəzəri cəhətdən mümkündür. ABŞ senatorları da bunu nəzərdə tutaraq Rusiyanın hazırlayacağı yeni nüvə raketlərinin indiyə qədər imzalanmış strateji hücum silahlarının məhdudlaşdırılmasına dair müqavilə çərçivəsinə sığmadığını düşünür. Əslində, Amerika haqlıdır. Çünki yeni nəsil silahlar artıq indiyə qədər imzalanmış müqavilələrdən kənara çıxır. Bundan sonra hazırlanacaq silahlar yeni müqavilə ilə tənzimlənməlidir. Putinin təqdim etdiyi yeni silahların hazırlanması üçün 20-30 il vaxt lazım olacaq. Bütün bunlara baxmayaraq, nüvə silahının məhdudlaşdırılmasına və nüvəsizləşməyə dair Amerika ilə Rusiya arasında imzalanmış müqavilələr düzgün yerinə yetirilmir. Məsələn, qanadlı raketlərin tamamilə sıradan çıxarılması haqqında müqavilə imzalansa da, Rusiya bu raketlərə yenidən müraciət edir. Amerika da buna cavab olaraq qanadlı raketlərin istehsalını genişləndirmək niyyətindədir”.
Politoloqun sözlərinə görə, Rusiya sürətli silahlanmanın yeni bir mərhələsini başlatmaq niyyətindədir:
“Uzaq məsafə üçün nəzərə tutulmasa da, Rusiya taktiki nüvə silahları ilə ABŞ-ın Avropadakı müttəfiqlərini vura bilər. Rusiya həmin silahları Avropanın sərhədlərinə yaxın bölgələrdə – Kalininqrad və Ermənistanda yerləşdirir. Söhbət çox təhlükəli İsgəndər-M və İsgəndər-S orta mənzilli raketlərindən gedir. Bu cür sürətli silahlanma Rusiya da daxil olmaqla, dünya xalqlarının çox çətin bir şəraitdə yaşadığı dövrdə insanların maddi rifah halına mənfi təsir edəcək. ABŞ senatorlarının məqsədi isə yeni sürətli silahlanmanın qarşısını almaqdır. Rusiya ilə Amerikanın bu məsələdə ortaq nöqtəyə gələcəklərini söyləmək çətindir. Hesab edirəm ki, ABŞ sürətli silahlanmanın yeni mərhələsinə tab gətirə bilər. Çünki onun ehtiyatları kifayət qədər çoxdur. Rusiyanı isə bu prosesdə SSRİ-nin taleyi gözləyir”.
Qeyd edək ki, demokrat senatorlar Cef Merkli, Dayan Faynstin, Edvard Marki və müstəqil senator Berni Sanders ABŞ Dövlət katibi Reks Tillersona müraciət edərək, onun Moskva ilə təcili danışıqlara başlamasını istəyiblər.
Senatorlar Tillersona göndərdiyi məktubda tərəflər arasında dialoqun Rusiya Prezidenti Vladimir Putinin 1 mart çıxışından sonra önəmli olduğunu bildiriblər. “Putinin adını çəkdiyi silahlar artıq strateji hücum silahları haqqında razılaşma ilə məhdudlaşmır. Bu silahlar genişlənəcəyi təqdirdə situasiya gərginləşəcək. Əgər razılaşmanın müddətini uzatsaq, Rusiyanın nüvə silahı limitinə necə əməl etdiyini nəzarətdə saxlamış olacağıq”, – məktubda qeyd edilib.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org