"Sen ne oyun cixarirsan?" – Xalq artisti Rovsaneye eseblesdi

14 İyun 2016 14:45 – xeber –
Xalq artisti Roza Cəlilova bir müddət əvvəl "Yoldaş Rövşanə" verilişinin qonağı olub.
Olkem.az qafqazinfo-ya istinadən bildirir ki, məşhur rəqqasə ANS-də yayımlanan proqramdan narazı qalıb. Belə ki, xalq artisti çıxışının və rəqsinin efirdə verilməməsindən gileylənib.
Roza Cəlilova "Qafqazinfo"ya bildirib ki, rəqsi yarımçıq kəsilərək yerinə Təranə Muradovanın görüntülərini salıblar:
"Mənə xalq artisti, qardaşımın xanımı Təranə Muradova zəng vurub dedi ki, aparıcı Rövşanə səninlə bağlı veriliş hazırlamaq istəyir. Cavab verdim ki, mən AzTV və ANS kanallarını çox sevirəm. Amma verilişlərə müsahibə vermək istəmirəm. Daha sonra Təranə mənə söylədi ki, o verilişdə ziyalılar çəkilir, maraqlı olacaq. Gəlib çəkiliş etdilər, müsahibə aldılar.

Hiss edirdim ki, bu proqramda nələrsə mənim xoşuma gəlməyəcək. Nigaran idim, zəhmət çəkib rəqslərimin nömrələrini yazdırdım, onlara verdim ki, veriliş daha da şirin olsun. Rövşanə xanımın sualları o qədər də ürəyimi açmadı. Mənasız sualları sevmirəm. Ona da dedim ki, sualın xoşuma gəlmir, görürsən ki, sual verəndə dayanıram. Veriliş efirə gedəndə gördüm ki, rəqsimi yarımçıq kəsiblər, yerinə isə Təranə Muradovanın rəqsini salıblar. Qardaşım arvadıdır, canımdır, sözüm onda deyil. Ancaq niyə mənə həsr olunan verilişdə Təranənin şəkillərini, rəqsini veriblər? Bir ay əvvəl ona veriliş həsr olunmuşdu da… Rəqsimi tamam göstərməyib, bir dənə də şəklimi efirə vermədilər.

Tanışlarım zəng vurub maraqlandılar ki, Roza xanım, sizə həsr olunan verilişi niyə belə ediblər? Rövşanə istədi ki, ikinci verililişdə də Təranəni göstərsin, saldı görüntülərini mənim verilişimə… Siz məni niyə əsəbləşdirirsiz? Qardaşıma zəng vurub dedim ki, onun verilişində mən olmuşam? Mənim verilişimi niyə belə ediblər? Çünki Rövşanə ilə Təranə rəfiqədirlər, ona bəraət qazandırır. Sən nə oyun çıxarırsan? Mənimlə bağlı proqrama başqasını salmağa ixtiyarın yoxdur". 
Layihə rəhbəri və verilişin aparıcısı Rövşanə Ağasəfqızı xalq artistinin ittihamlarına belə cavab verib:

"Roza xanımla dünən danışmışam, mənə təşəkkürünü bildirib. Təranə Muradova onun qardaşının yoldaşıdır, onlar yad insanlar deyillər ki, bir-birlərinə qərəzli münasibət göstərələr. Təranə xanım da xalq artistidir, xalq düşməni deyil ki? Layihəyə cavabdeh insan mənəm. Özümüz bilirik ki, kimləri əlavə etmək olar, ya yox. Bu söhbət haradan çıxıb? Qəribə heç nə yoxdur, proqramda müxtəlif kadrlardan istifadə edə bilərik. Təranə xanımla bağlı söhbət oldu, onun görüntüləri əlavə olundu".

milli.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org