Semra: "Meni qefleten qucagina qaldirdi"

27 May 2016 11:17 – xeber –
Azərbaycanın "Eurovision-2016" təmsilçisi Səmra Rəhimli "5-ci element" verilişinin qonağı olub.
Olkem.az qafqazinfo-ya istinadən xəbər verir ki, müğənni sosial şəbəkədə onu tənqid edənlərə cavab verib:
"Öz sənət yoldaşlarım saxta profillər açıb instaqramda məni təhqir edirdilər. Müğənnilərin qohumları oturub mənə yazırdılar. O insanları tanıyırdım. Çox yersiz bir hərəkət idi. Həmin şəxslər ingilis dilində şərhlər yazırdılar. Nəyə lazım idi? Siz mənim qısa geyinməyimi tərbiyəsizlik kimi görürsüzsə, niyə şərh bölməsinə söyüş yazırsız? Bu, nə dərəcədə tərbiyəli bir addımdır? İnsanlar tərbiyəni paltarın uzunluğuna görə ölçürlər".
Səmra Niderland təmsilçisinin qucağında çəkilmiş fotosundan da danışıb:
"Konsertə baxırdıq, deyib-gülürdük. Niderland təmsilçisi gəlib şəkil çəkdirmək istədi. Məni qəflətən qucağına qaldırdı. O, Fransa və İspaniya təmsilçilərini qucağına aldı, heç kəs də bu qədər şişirtmədi. Çoxları hər şey geyinir, ancaq efirdə göstərmirlər. Həmin insanlar efirdə uzun geyimdən istifadə edə bilərlər. Amma onlar haqqında nələr eşidirik".

Sənətçi bu il keçirilən "Eurovision"da siyasətin ön plana çıxdığını deyib:
"Finalda hamımız şok olduq. Fransa, Rusiya və ya Avstraliyanın birinci olacağını düşünürdük. Özümü 17-ci yerdə yox, 5-likdə görürdüm. Mahnım və şoum haqqımda yaxşı fikirlər eşidirdim. Bu günə kimi mənə yazırlar, deyirlər ki, haqsızlıq olub".
Azərbaycan təmsilçisi açıq-saçıq geyinməyinə də münasibət bildirib:
"Bizim istəklərimizi nəzərə almağa çalışırdılar. Ancaq üzərimizdə stilistlər çalışır, obraz yaradırdılar. Başa düşə bilmirəm. Paltarlarımda qeyri-adi nə var idi? Şəhərə çıxanda məndən də açıq geyinən xanımlar görürəm. Ən çox qırmızı xalçada geyindiyim paltarım müzakirə olundu. O geyimdə özümü nağıl qəhrəmanına bənzədirdim".
S. Rəhimli ailə quracağı barədə yayılan xəbərlərə aydınlıq gətirib:
"Müsabiqəyə gedəcəyim barədə xəbərlər yayıldı. Dostlarım mənə yazdılar ki, bax, sən o biriləri kimi ərə getmə, karyeranı davam elə. Hər kəsin öz seçimi, qisməti var. Heç kəs bilmir ki, sabah nə baş verəcək. Anam deyir ki, yox, ərə getmə. O, hər zaman yanımda olur".
Digər maqazin və maraqlı xəbərləri oxumaq üçün Olkem.az Şou Facebook səhifəmizə üzv olun.

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org