Semed Seyidov vezifeden uzaqlasmasina reaksiya verdi

11:54 – xeber – Mənim Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri vəzifəsindən azad olunmağımla bağlı məlumatlar tamamilə yalandır.
 
Report xəbər verir ki, bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
 
O qeyd edib ki, bu məlumatların heç bir əsası yoxdur:
 
"Səhhətimdə yaranan problemlərə görə AŞPA-nın qış sessiyasına gedə bilmədim. Orada məni nümayəndə heyətinin sədr müavini Vüsal Hüseynov əvəz edib".
 
S.Seyidov bildiurib ki, nümayəndə heyətinin rəhbəri vəzifəsindən kənarlaşdırılmağıyla bağlı mətbuatda yazılanlar onu çox təəccübləndirib:
 
"Məni çox məşhurlaşdırdılar. Çünki Avropadan, Rusiyadan, eləcə də başqa ölkələrdən mənə arası kəsilməyən zənglər gəlirdi. Konkret cavabım ondan ibarətdir ki, bu məlumatlar tamamilə yalnışdır. Nümayəndə heyətinin tərkibi təsdiq olunaraq parlament tərəfindən AŞPA-ya göndərilib. Hazırda nümayəndə heyətinin rəhbəri vəzifəsini yerinə yetirirəm. Düzdür, AŞPA-nın yanvar sessiyasında iştirak etməmişəm. Bu da səhhətimdə yaranan problemlərlə əlaqədardır. Lakin mətbuatda yazıldığı kimi kənarlaşdırılma, hansısa məktubda nələrisə yazmamğım, Ermənistanın məktublardan istifadə etməsi və digər məlumatların hamısı həqiqətə uyğun deyil".

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org