Semed Seyidov: "Azerbaycanin diplomatik korpuslari qenaet rejimine kecsin"

29 Dekabr 2015 13:45 – xeber –
Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov diplomatları, Azərbaycanın xarici ölkələrdəki diplomat korpuslarını qənaət rejiminə keçməyə çağırıb.
Trend-in məlumatına görə, S.Seyidov bu təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında "Diplomatik xidmət haqqında" qanun layihəsinə dəyişikliklərin müzakirəsi zamanı çıxış edib.
O qeyd edib ki, dünyada krizisdir: "Hami kimi diplomatlar da qənaətli olmalıdırlar. İkincisi, Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin fəaliyyəti nəzərdən keçirilməlidir. Bilinməlidir ki, kim yaxşı işləyir, kim yaxşı işləmir? Hər diplomat sərəncama çıxan kimi onu işə götürmək olmaz. Onun fəailiyyətinə baxmaq lazımdır".
Millət vəkili Siyavuş Novruzov təklif edib ki, hər diplomat 5 ildən sonra mütləq Azərbaycana qaytarılmalıdır: "Bir-iki il burada işləməlidir. Lazım olarsa, yenidən başqa ölkələrə işləməyə göndərilməlidir. Diplomatlarımız həm də hansısa ölkəyə getməzdən əvvəl o ölkəni öyrənməlidirlər. Eyni zamanda, səfir bir peşədir və buna qeyri-ciddi yanaşmaq olmaz. Kim deputat olmursa, kimi vəzifədən çıxarırlarsa, deyirlər ki, göndərin, səfir işləyim. Belə şey olmaz".

mənbə : milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org