Seidenin tenhaligi, 55 yasli Reqsane, Tolik ve klub qizlari – HEFTEBECER

31 May 2016 07:18 – xeber –
Olkem.az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (78-ci say) təqdim edir.

Əməkdar artist Tünzalə Ağayeva "Yaşıl Teatr"da konsert verib. Proqram nətəhər maraqlı olubsa, italyan müğənni İnqrid də özünü saxlaya bilməyib, durub gəlib konsertə. Sonra yenə özünü saxlaya bilməyib, qaçıb çıxıb səhnəyə Tünzaləylə "Sarı gəlin"i oxuyub. Tünzalə özü isə jurnalistlərə deyib ki, bu konserti yaddaşlarda uzun müddət qalacaq. Yaddaşları deyə bilmərəm, amma konsertin afişaları avtobusların üstündə hardasa 3-4 il qalacaq. O afişaları yağış yuyacaq, gün qurudacaq, təzədən yağış yuyacaq, gün çıxıb deyəcək ki, macal ver afişamızı qurudaq. Müğənnilərin toyxananı düşündüyü bir vaxtda, konsertlərin az olduğu bir dönəmdə bu addım təqdirəlayiqdir. Amma maraqlıdır ki, ora neçə nəfər öz xoşu ilə bilet alıb gedibmiş. 
Müğənni Sevda Yahyayeva gözümüzün qabağında böyüyən oxuyanlardandı. Oxuya bilmədiyini bilirdim, amma vətənpərvər olduğu haqda ilk dəfə eşitdim. Ay Sevda, mən heç sənin bu istedadını, bacarığını, yetənəyini, tərəfini bilmirdim. Sənətçi 28 May – Respublika Günü ərəfəsində Azərbaycan bayrağı formasında paltar tikdirib, sosial şəbəkədə paylaşıb. Bəzi izləyiciləri də onu tənqid ediblər. Çox nahaq yerə ediblər. Siz elə bilirsiniz ki, Sevda Azərbaycan bayrağının rənglərinin mənasını da bilmir? Doğrudanmı sizə elə gəlir ki, Sevda bu addımı reklam üçün atıb? Bax, belə düşündüyünüzə görə bir gün ağzınız əyiləcək ha. Sözün açığı, elə mən də sizin kimi düşünürəm. Amma lap tutaq ki, reklam üçün o paltarı tikdirib. Olsun da…
Müğənni Vasif Məhərrəmli sosial şəbəkədəki izləyicilərindən birini təhqir edib. Hadisə belə olub. Məhərrəmli bir fotosunu paylaşıb, izləyicilərdən də biri deyib ki, kəmərin yeri yoxdu. Yəni kəməri bəyənməyib. O da həmin izləyiciyə "çuşka" deyib və ardınca əlavə edib ki, həmin kəmərin min manat qiyməti var. İndi özünüz qiymət verin. Əlavə şərh yazıb, vaxtınızı almaq istəmirəm.
Müğənni Rəqsanə İsmayılovanın 37 yaşı tamam olub. Sözüm pis çıxmasın, mən elə bilirdim ki, onun hardasa 50-55 yaşı tamam olur. İllərin təcrübəsi, onlarla konsertlər, eyni sayda albomlar, layihələr, qırğın-qiyamət, əkiz uşaq, yüksək toy qonorarı… Ona görə də belə düşünmüşdüm. İfaçının həyat yoldaşı da yaman diqqətcil adamdır. Gedib 101 qızılgül alıb. Rəqsanə də güllərin fotosunu paylaşıb belə yazıb: "Yüz dəfə demişəm ki, belə bədxərclik etmə".
Eləmə deyir, eləmə dəəə… 101 dənə gülün hərəsini 5 manatdan hesablasan, bir kişinin bir aylıq maaşıdır. O güllər də 3-5 günə solub gedəcək. Alırsan al e, amma ta 3-5 dənəsi bəsdir də. Bədxərclik eləmə…
Prodüser Tolik deyib ki, klublarda qızlarla oturmuram. Düz də edir. Nəyinə lazımdır ki, adına söz çıxartsınlar, qızlarla gəzdiyini desinlər. Gündə bir adamın videosu çıxır. Kimsə durub düşmənçilikcə videosunu çəkib buraxar internetə, biabırçılıq olar. Haladır sənə, Tolik. Kişi adamsan! Ağıllı adamsan, elə bu cür də davam et. Hərbi geyim də sənə əla yaraşır. Tez-tez geyin, ürəyimiz açılsın. 
Bir vaxtlar müğənni Səidə Sultanın böyür başında jurnalist, müğənni əlindən tərpənmək olmurdu. Çoxdandır efirdə görünmür deyə, həmin adamlar da yoxa çıxıblar. İfaçı da tənhalıqdan danışıb, kövrəlib: "Müğənnilik vəfasız sənətdir. Tamaşaçının məni unutmasından qorxuram. Amma nə edim… Məni çox sıxışdırırlar. Təkəm və sıxıntılarım çoxdur. O yükü daşıya bilmirəm. Bu həyat mübarizəsində yanımda heç kim yoxdur. Mənim gözümdəki pəncərə hamını təmiz görür. Amma başqaları hamını ləkəli görür". Səidə, çox demirəm, bir həftə dalbadal, hər gün efirə çıx, özün dəyişikliyi hiss edəcəksən. Tənhalıqdan qurtulmağın reseptidir…

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org