Şehriyar qalib oldu

22:55 – xeber – Azərbaycanlı şahmatçı, qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan ənənəvi “Shamkir Chess 2016” beynəlxalq turniri Şəhriyar Məmmədyarovun qələbəsi ilə başa çatıb.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, turnirin iyunun 4-də keçirilən sonuncu turunda Şəhriyar Məmmədyarov lider Aniş Qiri (Hollandiya) ilə qarşılaşıb. Gərgin keçən matçda rəqibini məğlub edən Azərbaycan şahmatçısı turnirin qalibi adını qazanıb.
 
Ümumiyyətlə, sonuncu turda Azərbaycanın dörd təmsilçisindən üçü qalib gəlib. Digər şahmatçılarımızdan Eltac Səfərli Hindistan təmsilçisi Pentala Harikrişnanı, Rauf Məmmədov çinli Hou Yifanı məğlub edib. Yalnız Teymur Rəcəbov rəqibi Pavel Elyanov (Ukrayna) ilə xalları yarı bölüb.
 
Digər qarşılaşmada isə rusiyalı Sergey Karyakin italiyalı Fabiano Krauana (ABŞ) ilə heç-heçə oynayıb.
 
Beləliklə, turnirin yekununa əsasən, Şəhriyar Məmmədyarov və Fabiano Karuana hərəyə 6 xal toplayıblar. Şəhriyar Məmmədyarov səkkizinci turda Fabiano Karuananı məğlub etdiyi üçün turnirin qalibi adına layiq görülüb.
 
Aniş Qirinin 5,5, Sergey Karyakinin 5, Rauf Məmmədovun isə 4,5 xalı var. Üç şahmatçı – Teymur Rəcəbov, Eltac Səfərli və Pentala Harikrişna hər biri öz aktivinə 4 xal yazdırıb. Pavel Elyanov 3,5, Hou Yifan isə 2,5 xal toplayıb.
 
Qeyd edək ki, “Shamkir Chess 2016” turniri mərhum şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunan sayca üçüncü turnirdir. Bundan əvvəlki hər iki turnirin qalibi norveçli dünya çempionu Maqnus Karlsen olmuşdu.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org