Şehidler mescidinin sahibi deyisdi

00:28 – xeber – Şəhidlər məscidi bundan sonra Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən idarə olunacaq.
 
ANS-in məlumatına görə, məscid daha Türkiyə Dəyanət İşləri Vəqfi tərəfindən idarə olunmayacaq. Bu barədə Dini qurumlarla İş üzrə dövlət komitəsinin sədri Mübariz Qurbanlı  məlumat verib. Məsciddə təmir işlərinin davam etdirilməsinə ehtiyac olduğunu deyən komitə sədri qeyd edib ki, məscid açıqdır və ora gələnlər protokol qaydasında dini ayinləri icra etmək imkanına malikdilər.
 
"Məsciddə hər hansı dini icma yaratmağa ehtiyac yoxdur. Şəhidlər məscidi bütövlükdə protokol xarakterli dini ayinlərin icrası üçün istifadə olunur və belə də davam edəcək. Burada müvafiq dini ayinləri icra etmək üçün Qafqaz Müsləmanları İdarəsi tərəfindən axund və imam təyinatları üçün nümayəndələr irəli sürülüb",- deyə Mübariz Qurbanlı vurğulayıb.
 
Məscid təmir işləri səbəbindən hələ ki, kütləvi ibadətə açıq deyil. Amma fəaliyyəti bərpa olunduğu gündən bura gələnlərin ardı arası kəsilmir və məscidin statusu ilə bağlı qərar onların ibadətinə heç bir halda təsir göstərmir.
 
Məscid hər gün saat 9-dan 6-ya kimi açıqdır. Şəhidlər məscidi 1996-cı ildə Türkiyə Dəyanət İşləri Vəqfi tərəfindən tikilib istifadəyə verilib.  Məscid 12 il fəaliyyət göstərdikdən sonra 2008-ci ildə təmirə bağlanmışdı.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org