Sefirimizin Rusiyada kitabi isiq uzu gordu – Foto

23:01 – xeber – Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun “Mədəniyyətlərin beynəlxalq dialoqu: Azərbaycan-Rusiya” kitabçası işıq üzü görüb.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, nəşrə 2015-ci ilin dekabrın 14-dən etibarən Sankt-Peterburq Həmkarlar İttifaqları Humanitar Universitetində oxunan, multikulturalizm və müasir dünyada mədəniyyətlərin beynəlxalq dialoqu problemlərinə həsr olunan mühazirələrin materialları daxil edilib. Müəllif dövlət-siyasi quruluşların xüsusiyyətləri, Azərbaycanın sosial və iqtisadi siyasəti, ölkənin dini və etnik müxtəlifliyini nəzərdən keçirir, Rusiya və Azərbaycanın mədəniyyətin müxtəlif sahələrdə əməkdaşlığına xüsusi diqqət yetirir.
 
Kitabça müəllimlər, aspirantlar, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
 
Polad Bülbüloğlu Sankt-Peterburq Həmkarlar İttifaqları Humanitar Universiteti ilə çoxdan əməkdaşlıq edir. O, universitetin təşkil etdiyi dünyanın ən böyük illik elmi-humanitar forumu olan Beynəlxalq Lixaçov elmi oxunuşlarının iştirakçısıdır.
 
Azərbaycan səfirinin mühazirələri universitetin 2008-ci ildən Rusiya Xarici İşlər Nazirliyinin dəstəyi ilə təşkil etdiyi “Mədəniyyətlərin beynəlxalq dialoqu” diplomatik oxu proqramı çərçivəsində keçirilib.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org